Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu bizi 100 il geriyə atacaq” – Putinə yaxın olan milyarder
“Bu bizi 100 il geriyə atacaq” – Putinə yaxın olan milyarder

Rusiyanın ən zəngin iş adamlarından biri, “Norilsk Nikel” şirkətinin rəhbəri Vladimir Potanin Ukraynadakı müharibə səbəbindən Rusiya bazarını tərk edən xarici şirkətlərə qarşı baş verənlərdən narahatlığını dilə gətirib.

O, xarici şirkətlərin aktivlərinin müsadirə edilməsi təkliflərinə qarşı çıxıb. Onun bəyanatı “Norilsk Nikel” şirkətinin mətbuat xidməti tərəfindən sosial şəbəkələrdə yayılıb.

“Bu, bizi 100 il geriyə atacaq, 1917-ci ilə qaytaracaq və belə bir hərəkətin nəticələrini, yəni investorlar tərəfindən Rusiyaya qlobal inamsızlıq sindromunu biz uzun onilliklər ərzində yaşamalı olacağıq. İkincisi, bir çox şirkətlərin Rusiyadakı fəaliyyətini dayandırmaq qərarı, mən deyərdim, bir qədər emosional xarakter daşıyır və ola bilər ki, xaricdə ictimai rəyin onlara qarşı görünməmiş təzyiqi nəticəsində qəbul edilib. Beləliklə, çox güman ki, geri qayıdacaqlar. Və şəxsən mən onlar üçün belə bir fürsət saxlayardim”,- deyə Potanin bildirib.

Potanin Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi tərəfindən Rusiyada fəaliyyətlərini dayandıran şirkətlərə xarici idarəetmənin tətbiqi ilə bağlı təklifi daha adekvat cavab hesab edir: "Bu, mülkiyyətçilərə əmlaklarını saxlamağa, şirkətlərə isə dağılmaqdan qaçmağa, məhsul istehsal etməyə və işçilərə pul ödəməyə davam etməyə imkan verəcək",- deyə iş adamı hesab edir.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri  müxtəlif sektorlardan onlarla böyük qlobal şirkət və brendlər  Rusiyada fəaliyyətini dayandırdıqlarını elan ediblər. Hakim “Vahid Rusiya” partiyası bildirib ki, bu cür şirkətlərin aktivləri milliləşdirilməlidir, çünki bazarı tərk etmək “qəsdən iflas” kimi qiymətləndirilə bilər.

Daha sonra “Vahid Rusiya” partiyası Rusiyada fəaliyyətinə xitam verildiyi halda Qərb şirkətlərində xarici idarəetmənin tətbiqinə imkan verən qanun layihəsinin Dövlət Dumasına təqdim edildiyini açıqlayıb. Xarici idarəetmə funksiyalarını dövlət korporasiyasının və Əmanətlərin Sığortalanması Agentliyinin nümayəndələri həyata keçirəcəklər.

“İzvestiya” yazır ki, milliləşdirilə bilən 59 xarici müəssisənin siyahısı artıq hökumətə və Baş Prokurorluğa göndərilib. Onların arasında Volkswagen, Apple, IKEA, Microsoft, IBM, Shell, McDonald's, Porsche, Toyota və H&M var.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »