Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yollarda işıqları kəsib enerjiyə qənaət etmək yolverilməzdir”
“Yollarda işıqları kəsib enerjiyə qənaət etmək yolverilməzdir”

Bakı şəhəri küləklər şəhəri olmaqla bərabər, son illərdə həm də işıqlar şəhəri olub. Xüsusi ilə gecə saatlarında şəhərin görüntüsü insanı birbaşqa valeh edir.

İllərdir ki, paytaxtda və regionlarda yolların, magistralların işıqlandırılması, qəzaların qarşının alınması üçün xeyli tədbirlər görülür, bunun üçün dövlət büdcəsindən kifayət qədər böyük məğləğdə pullar ayrılır. Lakin paytaxtdan kənarda sürücülərə çətin anlar yaşadan, dəhşətli qəzalara səbəb olan zülmət yolların da sayı kifayət qədərdir. Bu yollarda ya işıq dirəkləri ümumiyyətlə quraşdırılmayıb, ya da quraşdırılan dirəkər sadəcə “bəzək” funksiyasını yerinə yetir.

Sosial şəbəkə istifadəçilərinin ən çox narazılıq bildirdikləri ərazilərdən biri isə Gəncə magistralındakı vəziyyətdir. Belə ki, istidafəçilərin yaydıqları məlumatlarda bildirilir ki, gecə saatlarında bu magistralın işıqları qənaət məqsədi ilə söndürülür və sürücülər üçün təhlükəli vəziyyət yaranır.

Aslan Əsədov Aslan Əsədov

Nəqliyyat eksperti Aslan Əsədov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, yollardakı işıqların kəsilib, enerjiyə qənaət edilməsi yolverilməzdir.

“Gecə saatlarında magistral yollarda işıqların söndürülməsi məsələsi zaman-zaman KİV-də səsləndirilir, sosial şəbəkələrdə bununla bağlı videolar paylaşılır. Yolların işıqlandırılmasına ciddi vəsaitlərin ayrılmasına baxmayaraq bu cür narazılıqların yaranması yolverilməzdir. Azərbaycan ərazisində elə yollar var ki, yaşayış mərkəzlərini görmür, uzaq məsafədən keçir. Bunun üçün də dövlət bir sıra addımlar atır, məsələlərin həllinə çalışır”.

Ekspert bildirir ki, Gəncə şəhəri ilə bağlı məsələyə isə aiddiyyatı qurum olaraq Gəncə şəhər İcra Hakimiyyəti, “Azəravtoyol”un müvafiq yol idarəsi məsuliyyət daşıyır.

“Bu texniki, enerjinin verilməməsi və yaxud qəza səbəbindən ola bilər. Bu işıqların kəsilib enerjiyə qənaət edilməsi isə yolverilməzdir. Bu acınacaqlı nəticələrə gətirib çıxarda bilər. Yol infrastruktorunun başlıca meyyarlarından biri də yolların işıqlandırılmasıdır.

Ümid edirəm ki, yaxın gələcəkdə dövlət buna xüsusi əhəmiyyət verəcək, işıqlandırılma məsələsi demək olar ki, həllini tapacaq. Çünki paytaxta bitişik olan yolların əksəriyyəti işıqlanıb. Məsələn, Bakı-Sumqayıt, Bakı şəhəri ilə Ələt qəsəbəsini birləşdirən 70 km-lik yolun işıqlandırılmasını nümunə göstərə bilərik. Bu görülən işlərin gələcəkdə də davam etdirilməsi zərurəti var”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »