Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Putinlə danışıqlar aparmaq üçün Moskvaya uçub
Lukaşenko Putinlə danışıqlar aparmaq üçün Moskvaya uçub

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacağı Moskvaya işgüzar səfərə gedib.

Bizimyol.info xəbər verir ki, bu barədə "ria.ru" məlumat verib.

"Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasına işgüzar səfərə gedib", - deyə məlumatda deyilir.

Belarus dövlət başçısının mətbuat xidmətinin əvvəlcədən xəbər verdiyi kimi, martın 11-də Lukaşenko ilə Putin arasında Moskvada danışıqlar baş tutacaq. Ölkələrin liderləri ikitərəfli münasibətlərin aktual məsələlərini, ittifaq əməkdaşlığının inkişafı, sanksiyaların təzyiqi altında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.

Regionda və Ukraynadakı vəziyyət barədə fikir mübadiləsi aparılacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »