Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslar səhər saatlarında Dnepr və Lutska hücum ediblər
Ruslar səhər saatlarında Dnepr və Lutska hücum ediblər

Lutsk şəhərinin meri İqor Polişçuk aerodrom istiqamətində partlayışlar olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.

"Aerodrom istiqamətində partlayışlar baş verir. Hamı zirzəmilərdə gizlənsin!", - deyə Polisçuk bildirib.

O, heç bir fotoşəkil, ünvan və ya koordinatları dərc etməməyə çağırıb. Həmçinin sosial şəbəkələrdə işğalçılar tərəfindən Dneperin atəşə tutulması barədə məlumatlar yayılıb.

Dnepropetrovsk vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, düşmən Dneprə üç dəfə hava zərbəsi endirib, bir nəfərin həlak olduğu bildirilib.

“Martın 11-də saat 06:10 radələrində Dnepr şəhərinin Novokodatski rayonunda üç hava zərbəsi endirilib, bunlar: uşaq bağçası və yaşayış binasının yaxınlığına və iki mərtəbəli ayaqqabı fabrikinə bombalar atılıb, ardınca yanğın olub", - hesabatda deyilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »