Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BVF rəhbəri: Sanksiyalara görə Rusiya defolt ola bilər
BVF rəhbəri: Sanksiyalara görə Rusiya defolt ola bilər

BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva Ukraynada vəziyyətin gərginləşməsi fonunda tətbiq edilən sanksiyalara görə Rusiyanın defoltunun mümkün olduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "CNBC"də deyib.

"Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalar ölkəni tənəzzülə sürükləyib. Bizim proqnozumuza görə, bu tənəzzül dərin olacaq. Defolt baxımından bu ssenari artıq inanılmaz görünmür", - deyə Georgiyeva bildirib. "

BVF rəhbəri vurğulayıb ki, o, Rusiya iqtisadiyyatının mümkün defoltu ilə bağlı spekulyasiya etmək niyyətində deyil. Onun fikrincə, buna, ilk növbədə, anti-Rusiya sanksiyalarının nə qədər davam edəcəyi, həmçinin Rusiya Federasiyasının borclarını ödəyə bilib-bilməməsi təsir edə bilər. "Sanksiyalar ölkədə iqtisadi gərginliyə səbəb olsa da, hələlik hər hansı qərarın qəbul ediləcəyi barədə danışmaq tezdir", - deyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »