Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meta Rusiya hərbçilərinə qarşı zorakı çağırışlara icazə verib
Meta Rusiya hərbçilərinə qarşı zorakı çağırışlara icazə verib

“Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi olan Amerikanın “Meta” şirkəti Ukraynada baş verən hadisələrlə əlaqədar öz platformalarında Rusiyanın mülki əhalisinə qarşı deyil, Rusiya hərbçilərinə qarşı zorakılığa çağırış qadağasını müvəqqəti olaraq ləğv edib.

Bizimyol.info xəbər verir ki, bu barədə şirkətin sözçüsü Endi Stoun özünün "Twitter" mikrobloqunda bildirib.

“Rusiyanın Ukraynaya təcavüzü nəticəsində biz zorakılığa təhrik qadağamızı pozacaq siyasi ifadə formalarına müvəqqəti icazə verdik”, - bəyanatda deyilir.

Əvvəllər qadağan edilmiş, lakin indi icazə verilən şərhə misal olaraq şirkət “Rus işğalçılarına ölüm” şüarını göstərib.

Meta sözçüsü: “Lakin biz rusiyalı mülki şəxslərə qarşı zorakılıq üçün çağırışlara icazə verməyəcəyik”, - deyə əlavə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »