Ukraynaya ölkənin ictimai səhiyyə laboratoriyalarında xüsusi təhlükəli patogenləri məhv etməyi tövsiyə edən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hansı spesifik növ patogenlər və toksinlərin məhv edilməli olduğunu açıqlamayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, qurum tövsiyənin nə vaxt verildiyini də açıqlamayıb. Bundan əlavə, ÜST Ukrayna hakimiyyətinin onun tövsiyələrinə əməl edib-etmədiyini dəqiqləşdirməyib.
ÜST Ukraynaya təhlükəli patogenləri onların potensial sızmasının qarşısını almaq üçün bioloji laboratoriyalarda məhv etməyi qətiyyətlə tövsiyə edib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynadakı biolaboratoriyaların sənədlərində Pentaqonun ölümcül patogenlərin gizli yayılma mexanizmi yaratmaq üçün araşdırmaları maliyyələşdirdiyinə dair sübutlar tapıb.
Qadir, Bizimyol.info