Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski bir nömrəli düşmənindən danışıb
Zelenski bir nömrəli düşmənindən danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putini özünün bir nömrəli düşmən hesab etdiyini deyib.

“Report” xəbər verir ki, bu barədə o, Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində bildirib.

"Onlar dövlət başçısını görürlər, siyasətçiləri, iqtisadi maqnatları görürlər. Ümid edirlər ki, hamını satın ala, ya da qorxuda bilərlər, amma mənim haqqımda bunun heç bir nəticə verməyəcəyini dəqiq bilirlər. Ona görə də belə bir təhlükə var. Hər şey çox sadədir”, - deyə dövlət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, rəsmi Kreml bütün ukraynalıların öz ölkəsini müdafiə edəcəyini və bu müharibənin ukraynalılar üçün Vətən müharibəyə çevriləcəyini gözləmirdi.

"Sadəcə Putinin adamları Ukraynanı tanımır. Amma Ukrayna belədir. Ukrayna səninlə olanda özünü təhlükəsiz hiss edirsən. Bu, Qərbdə çoxlarının da öyrənməli olduğu bir qaydadır", - dövlət başçısı əlavə edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »