Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın qaz ixracından gəlirləri rekorda çatıb
Rusiyanın qaz ixracından gəlirləri rekorda çatıb

İlkin məlumata görə, 2022-ci ilin yanvar ayında Rusiya təbii qazın ixracından əldə etdiyi gəlirlər tarixi maksimumu yeniləyib.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin açıqlamasında deyilir.

Belə ki, 2022-ci ilin yanvarında Rusiyanın təbii qaz ixracından gəlirləri 9,463 mlrd. ABŞ dollarına çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 3,393 mlrd dollar, 2021-ci ilin dekabrında isə 8,337 mlrd. dollar təşkil edib.

Qeyd olunur ki, hesabat dövründə Rusiyadan 29 ölkəyə ixrac olunan qazın həcmi 13,805 mlrd. kubmetr təşkil edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »