Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya Abramoviçin və daha altı rusiyalı oliqarxın aktivlərini dondurur
Böyük Britaniya Abramoviçin və daha altı rusiyalı oliqarxın aktivlərini dondurur

"Çelsi" Futbol Klubunun sahibi Roman Abramoviç Böyük Britaniya hökumətinin yeddi rusiyalı oliqarxı hədəf alan yeni sanksiyalarının bir hissəsi olaraq aktivləri dondurulub və səyahət qadağası ilə üzləşib.

Bizimyol.info xəbər verir ki, bu barədə "aljazeera" məlumat verib.

Sanksiyaya məruz qalanlar arasında aparıcı sənayeçi Oleq Deripaska, “Rosneft”in baş icraçı direktoru İqor Seçin və “Qazprom”un rəhbəri Aleksey Miller də var.

Abramoviçin Kremlə yaxın olduğu düşünülən rus milyarderlərinə qarşı məqsədyönlü aksiyaya daxil edilib-edilməyəcəyi ilə bağlı spekulyasiyalar həftələrdir davam edir.

Abramoviç 2003-cü ildə aldığı, İngiltərə Premyer Liqası və Avropa səviyyəsində uğurlar qazanan "Çelsi" komandasını keçən həftə satdığını açıqlayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »