Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya hərbçisi: “Bizim dəhşət çox itkilərimiz var, mağazaları soyub qidalanırıq”
Rusiya hərbçisi: “Bizim dəhşət çox itkilərimiz var, mağazaları soyub qidalanırıq”

Rusiya ordusu Ukraynada əsl darmadağın yaşayır. Kiyevə üz tutan hərbi kolonlar “Bayraktar”lar və "Javelin"lərlə pərən-pərən salınır. Rusiyalı əsgərlər dəstə-dəstə əsir düşür. Kreml qoşunları qəzəbini yaşayış binalarını dağıtmaqla soyutmağa çalışır.

Bizimyol.info xəbər verir ki, Ukrayna xüsusi xidmət orqanları Rusiya ordusunun hərbçilərinin telefon danışıqlarını ələ keçirir. Burada müharibənin gerçək gedişatı ilə tanış olmaq mümkündür. Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Geraşenko belə telefon danışıqlarından birini təqdim edib. Rusiyalı əsgər həyat yoldaşına zəng vurub. O, danışıq zamanı ordunun vəziyyətinin çox ağır olduğunu deyir.

“Bizim dəhşət çox itkilərimiz var. Aeroporta girməliydik, Tanrının yazığı gəldi. Yoxsa hamımız qırılacaqdıq. Bir meşəyə girdik. Təkcə orada 700 hərbçimizin meyiti vardı. Elə bil ki, üst-üstə ət qalaqlanmışdı. Meyitlər parça-parça olmuşdu. Ölənlərin salamat yeri qalmamışdı. Hələ, üstəlik, hərbi maşınlar, tanklar...”

Əsgərin həyat yoldaşı eşitdiklərini dəhşət içində dinləyir. O, əri üçün çox darıxdığını, sağ qaldığına görə sevindiyini deyir. Qadın Rusiya əsgərlərinin nə ilə qidalandığı ilə maraqlanır.

“Məktəbə sığınmışıq. İndi bir sinif otağında dayanmışam. Bura tamamilə dağıdılıb. Pəncərə şüşələri qalmayıb. Hər yerdə güllə, qumbara qalıqları var. Küçələr məhv edilib. Mən döşəmədə yatıram. Sən burada nə baş verdiyini təsəvvür etmirsən. Yeməkdən korluq çəkmirik. Mağazaları soyuruq. Hər şey var: yemək, siqaret... Bir dənə cihaz götürüb çemodana qoymuşam. Qayıtsam, evə gətirəcəyəm. Azı 100 min rubl qiyməti olar”,- əsgər həyat yoldaşına danışır.

Qadın axırda bildirir ki, telekanallar həqiqəti demir, yenə patriotizm şousu başlayıb.

Rusiyalı hərbçilərin yayılmış səs yazıları bir-birinə çox bənzəyir. Onlar əsasən necə böyük itki verdiklərindən, mülki şəxslərə inanılmaz zərbə vurduqlarından danışırlar. Hiss edilir ki, Rusiya əsgərləri belə döyüşlərin olacağını gözləmirmiş. Sadəcə, hadisələrin gedişində əhaliyə atəş açmaq əmri alıblar, müqavimət göstərə bilmədiklərindən deyiləni yerinə yetiriblər.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »