Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"84 milyon Anadolu türkü 10 milyon Azərbaycan türkü ilə bütünləşib"
"84 milyon Anadolu türkü 10 milyon Azərbaycan türkü ilə bütünləşib"

“Türkiyə və Azərbaycan eyni ananın qarnında böyümüş, eyni çinarın budaqlarıdır. Tarixi, sosial, mədəni, din-dil kontekstində olan birlikdə olan, tarixi kökləri olan iki dövlətdir. Bu dövlətlərin son yüzillikdəki münasibətlərinə baxdığımız zaman Balkan müharibəsi, Çanaqqala müharibəsində olan azərbaycanlıları, Azərbaycanın qurtuluş mübarizəsinə verdiyi dəstəyi, zəlzələ zamanı, yanğın zamanı Azərbaycanı dəvət etmədən belə gəlməsini, Qafqaz İslam Ordusunu,1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra başda ordu quruculuğu olmaqla Türkiyənin Azərbaycanla əməkdaşlığını göstərə bilərik. Yüz il müddətində olan münasibətlər, xüsusilə 1991-ci ildən artan, 2010 və 2016-cı illərdə strateji səviyyəyə qalxan münaisbətlər Şuşa Bəyannaməsi ilə tarixin ən üst səviyyəsinə çıxmışdır”.

Bu barədə Bizimyol.info saytına danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz bildirib ki, dünyada BMT -yə daxil olan dövlətlər içərisində, eyni pəncərədən baxa bilən, tək diasporu olan, lazım olduğunda bir dövlət, bir dövlət ola bilən siyasi, hərbi, müdafiə sənayesi, mədəni, iqtisadi mənada əməkdaşlığı bu qədər inkiaf etmiş başqa iki ölkə yoxdur. Onun sözlərinə görə, dünya bu münasibətlərə qibtə ilə baxıb, bunun necə baş verdiyini araşdırır. Belə ki, halhazırda bir-birinə yaxın ölkələr arasında məsələn Rusiya və Belarus arasında belə əməkdaşlıqdan söhbət gedə bilər, amma o belə Azərbaycan və Türkiyə əməkdaşlığının 100/1-i səviyyəsində deyil. Bu münasibətlər, bu perspektivlə yanaşı iki ölkə başçısı cənab İlham Əliyev və cənab Rəcəb Tayib Ərdoğanın həqiqi bir qardaş kimi ölkələrinin dövləti, milləti, cəmiyyəti, ictimai diplomatiyanı bu istiqamətdə yönləndirməsi nəticəsində Vətən Müharibəsində iki ölkə başçısı tərəfindən də ifadə edildi. Artıq tək millətə, tək dövlətə doğru lazım olduğu zaman beynəlxalq hüquq, ərazi bütünlüyü və ölkələrin öz həssaslığı diqqətə alınaraq, tək dövlət fəlsəfəsinə doğru getməkdədir. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi eynilə Qars müqaviləsində olduğu kimi 100-200 il sonra belə tarixə adı ilə yazılan bir müqavilədir. Şuşa Bəyannaməsində də Qars

Müqaviləsi vurğulanıb. Bu müqavilə Türkiə və Azərbaycan münasibətləri; siyasi münasibətlər, hərbi münasibətlər, müdafiə sənayesi münasibətləri, mədəni münaisbətlər, iqtisadi münasibətlər, media ilə əməkdaşlıq və s. ən üst səviyyəyə qalxmışdır. Bunun da nəticələrini Türkiyənin həm Vətən Müharibəsi zamanı, həm müharibədən sonrakı mövqeyi, Azərbaycanın haqq mübarizəsinə keçmişdə verə bilmədiyi dəstəyi maksimum səviyyədə verə bilməsinə, 84 milyon Anadolu Türkünün Azərbaycan xalqı ilə bütünləşməsi halı ilə görə bilərik.

Yücel Karauz Yücel Karauz

“Ön təkər hara gedərsə, arxa təkər də ora gedər. Dövləti idarə edənlər münasibətlərə qardaşlıq prizmasından baxdığına görə, bu gün 84 milyon Aanadolu türkü 10 milyon Azərbaycan türkü ilə artıq beyin olaraq, qəlbən, sevgi ilə bütünləşib. Bütün bunların hamısını biz Şuşa Bəyannaməsi ilə görə bilirik” - deyə Y.Karauz bildirib.

Y.Karazun sözlərinə görə, Türkiyə və Azərbaycan hərbi əməkdaşlığının təməli Trabzon-Batum müqavilələri ilə 1918-ci ildən başlamışdır. 1991-ci ildən sonra isə, hərbi məktəblərin və liseylərin yaradılması ilə başlayan, Türk hərbi məktəblərinə tələbə göndərilməsi, qarşılıqlı tələbə mübadiləsi, ortaq təlimlərin keçirilməsi, ortaq təhdidlərin müəyyən edilməsi, müəyyən edilən təhdidlərə qarşı ortaq mübarizə, məsələn Ermənistana qarşı Türkiyənin fəaliyyətləri həm yerli həm də qlobal məsələlərdə, Azərbaycanın Vətən Müharibəsində olduğu kimi yerli bir hərbi güc olmasını təmin etmişdir. Bu gün də bu münasibətlər çox yüksək səviyyədədir və cənab ali baş komandanın da ifadə etdiyi kimi Türk ordu modeli kontekstində Azərbaycaın öz keçmiş təcrübəsi ilə, NATO konseptini və coğrafiyanın və təhdidlərin özünə diqtə etdiyi detallar kontekstində müştərək orduya belə keçə biləcək səviyyəyə gəlmişdir. Artıq Türk ordusu ilə Azərbaycan ordusu müştərək bir ordudur. Eyni idarəetmə nöqtəsi, eyni koordinasiya, eyni təhdid qavrayışını bir araya gətirmək nöqtəsinə gəlmişdir.

“Belə bir müqayisə edək: Bu gün Ukraynanın yaşadığı sıxıntıları görüncə Azərbaycanın necə böyük bir məsafə qət etdiyini görmüş oluruq. Əlbəttə ki, Azərbaycan bu yolu özü qət etmişdir. Əsrin anlaşmasından sonra ümummilli liderin və cənab ali baş komandanın ordu quruculuğuna verdiyi dəyərin milli güc elementlərinin inkişafına, milli güc elementlərindən ordu quruculuğunun ən yüksək səviyyəyə çıxmasına səbəb olmuşdur”,- deyən Karauz, müdafiə sənayesinə gəldikdə isə, bildirib ki, Şuşa bəyannaməsi ilə Türkiyənin bu istiqamətdə olan qabiliyyətlətinin birgə və ortaq istehsalı, bunun bəzən Türkiyədə, bəzən Azərbaycanda olması, ortaq “Ar-Ge” fəaliyyətləri, ordularımızın silah, təchizat sursatının eyni cinsdə olması, inkişaf etdirilən silah sistemlərinin, mexanizmlərinin zavodların, istehsallarının iki ordu silahlı qüvvələrindən istifadə edilməsi, bu imkan və qabiliyyətlərin digər ölkələrə satılması məsələsi ilə bağlı razılaşmalar əldə edilib. Bununla bağlı illik nəzarətlər var. Bu nəzarətlər, toplantılar və koordinasiyalar ən yüksək səviyyədə həyata keçrilməkdədir: “Bilirsiniz ki, “Teknofest” bu il Türkiyədən sonra ilk dəfə Azərbaycanda həyata keçiriləcək. Bu da müdafiə sənayesi sahəsindəki Türkiyənin çatdığı səviyyəni Azərbaycanın imkan və qabiliyyətləri ilə birləşdirərək, dünya ölkələrində təqdim edilməsinə töhfə verəcəkdir. Həm ordu quruculuğu ilə əlaqəli, həm müdafiə sənayesi ilə əlaəqli Türkiyənin nəyi varsa, Azərbaycanın, Azərbaycanın nəyi varsa Türkiyənindir. Bakının təhlükəsizliyi Ankaradan, Ankaranın təhlükəsizliyi Bakıdan keçər fəlsəfəsidir”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »