Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türk dövlətləri Təşkilatı inkişaf etməkdədir və zamana ehtiyacı var"
"Türk dövlətləri Təşkilatı inkişaf etməkdədir və zamana ehtiyacı var"

“Zəngəzur dəhlizi ana və uşaq arasında olan bağ kimidir. Torpaqla suyun qovuşması kimidir. Zəngəzur dəhlizi təkcə Naxçıvanı Azərbaycana, Azərbaycanı Türkiyəyə, Türkiyəni Türk dünyasına bağlayacaq bir dəhliz deyil. Qlobal ölçüdə Çini Pekinə bağlayacaq. Nəqliyyat və dəmiryol xəttləri, iqtisadi, sülh və təhlükəsizliyə töhfə verəcək və Ermənistanın təslim olma müqaviləsində də qeyd edildiyi kimi olması vacib olan bir məsələdir. Zəngəzur dəhlizi açılmadığı təqdirdə, bu bölgənin təhlükəsizliyi mümkün deyil. Bu bölgədə sülh, sabitlik və sülh müqaviləsinin olması mümkün deyil. Zəngəzur dəhlizi sülh müqaviləsinin açarıdır”.

Bu barədə Bizimyol.info saytına danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz bildirib ki, Zəngəzur dəhlizinin strateji əhəmiyyəi Avropanı Orta Asiyaya bağlayan ən qısa istiqamətdir. Türkiyə və Azərbaycan arasında olan münasibətlər daha əvvəl iki ölkənin münasibətləri mənasında deyildi. Məsələn, Türkiyənin ən böyük xarici investitsiya 20 milyard dollara yaxın olan “Star Rafineri” investitsiyasıdır. Bu çox böyük bir rəqəmdir. Və Türkiyədəki ən böyük investitsiyadır. İki ölkə münasibətləri bir-birini inkişaf etdirməklə yanaşı eyni zamanda beynəlxalq münasibərlə, enerji təhlükəsizliyi, enerji ötürmə xəttləri, Rusiya və Ukraynada yaşanılan böhran, bu böhranlar çərçivəsində enerjini təhlükəsizlik bir formada Qərbə, Avropaya çatdırılması məsələsi daha da önəm qazanıb. Bu konstekstdə Türkiyə və Azərbaycan əməkdaşlığının bir daha bizə hansı perspektivlər yaratdığı məlum olmuşdur. Türkiyə və Azərbaycan münasibətləri inkişaf etməklə yanaşı yerli hadisələrə, həm də qlobal hadisələrə töhfə verir.

Bugünkü geosiyasi vəziyyətdə Türkdilli ölkələrin əməkdaşlığının əhəmiyyəti və roluna gəldikdə isə, Yücel Karauz bildirib ki, Türk dünyasında olan münasibətlər İstanbulda Türk dövlətləri təşkilatına çevrilib: “İnkişaf etməkdədir və zamana ehtiyacı var. Türkiyə Azərbaycan münasibətləri Türk dövlətləri Təşkilatının da ən önəmli halqasını təşkil edir. Türkiyə Azərbaycan münasibətlərinin güclənməsi və böyük nailiyyətlər əldə etməsi Türk dünyasına və Türk Dövlətləri Təşkilatına da nümunədir. 30 il əvvəl müstəqil olmuş ölkələrin Azərbaycan kontekstində eyni səviyyədə inkişaf etdiyini, milli güc amillərinin inkişafını deməyimiz mümkün görünmür. Bu ölkələrin demoqrafik strukturu daha əvvəl bağlı olduğu sistemlə hələ də əlaqəsini kəsə bilməmiş olması və bunun təsirlərini də nəzərə alıb, çalışmaq, çalışmaq və çalışmaq lazımdır. Uzun incə bir yoldur. Zəhmətli bir yoldur. Əmək verməyə ehtiyac var”.

Rusiya-Ukrayna müharibəsinə gəldikdə, Karauz bildirib ki, Türkiyənin ana hədəfi “dünyada sülh, yurtda sülhdür”: “Mustafa Kamal Atatürkün söylədiyi şüardır. Azərbaycan da bu çərçivədə dünyada ən son bu müharibə nümunəsində olduğu kimi yerli və qlobal məsələlərə beynəlxalq hüquq və ərazi bütünlüyü və səmimi sülh duyğusu ilə yanaşır. Səmimi sülh duyğusu çox önəmli bir duyğudur. Bu məsələyə səmimi sülh duyğusu ilə yanaşaın iki ölkə vardır. Bunlar Türkiyə və Azərbaycandır. Digər ölkələrin sülh duyğuları səmimi deyil. Öz milli mənfəətlərinə xidmət edən töhfə verməyə çalışırlar.

Antalyada baş tutan görüşdən əvvəl həm böhran, həm də müharibə zamanı Azərbaycan da, Türkiyə də Ukrayna və Rusiya ilə yaxşı münasibətləri olan iki ölkə səmimi sülh duyğularını ifadə etmiş və müharibənin 14-cü günündə üçlü masada Rusiya, Ukrayna və Türkiyə bir araya gəlib. Eyni zamanda Azərbaycanın və Türkiyənin dünya sülh missiyası da töhfənin nəticəsidir. Bu, sadəcə Ukrayna hadisəsi ilə yekunlaşmır. Türkiyənin İsraillə münaisbətlərinin normalaşdırılması və s. hadisələrdə də Azərbaycanın səmimi sülhsevər beynəlxalq münasibətlər vasitəçiliyi rolu və beynəlxalq təşkilatılarda fəaliyyələrinə baxdığımız zaman çox böyük məsafə qət edilib. Türkiyə və Azərbaycanın sülhə töhfə vermə səyləri ümid edirəm ki, bir nəticə verər”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »