Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkdilli dünyanın Qərbin siyasi-iqtisadi aləmində nə qədər önəmli olduğu müşahidə edilir"
"Türkdilli dünyanın Qərbin siyasi-iqtisadi aləmində nə qədər önəmli olduğu müşahidə edilir"

Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyəyə səfər edib. İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, ölkələr arası münasibətlərin dərinliyindən və inkişafından xəbər verir. Eyni zamanda iki ölkə rəhbərinin bölgədə sülhün təmin edilməsi, sabitlik və qlobal təhlükəsizlik üçün atdığı addımlar da təqdirə layiqdir. Azərbaycan və Türkiyə münasibətlərinin tarixi uzun olsa da, bu birlik özünü daha çox Vətən müharibəsi zamanı biruzə etdi. Və münasibətlər artan tempdə irəliləyir.

Politoloq Tural İsmayılov Bizimyol.info saytına müsahibəsində bildirib ki, dünyada baş verən hadisələr bir daha sübut edir ki, Azərbaycan və Türkiyə öz siyasət konturlarında nə qədər dəqiq və doğru mövqe ortaya qoyub.Ümumilikdə, dövlətlərin öz varlıqlarını qorumaq üçün əsas konturları milli dövlətçiliyin inkişafı üçün lazım olan həmrəyliyi ortaya qoymaq siyasətidir. Azərbaycan və Türkiyənin səyləri nəticəsində Türkdilli ölkələrin siyasi-iqtisadi və ictimai əlaqələri daha da gücləndi:

Tural İsmayılov Tural İsmayılov

“Təşkilat öz sistemini dəyişərək və ad dəyişikliyinə qədər gedərək, Türk Dövlətləri Təşkilatı adı altında proseslərə qarşı daha vahid mövqe ortaya qoymağa başladı. Türkdilli dövlətlərin 44 günlük Vətən müharibəsində Azərbaycana göstərdiyi real mənəvi dəstəyin də xüsusi əhəmiyyəti mövcuddur”.

Ekspertin fikrincə, ümumilikdə Türkdilli dövlətlər arasında Azərbaycan-Türkiyə əlaqələri qlobal kontekstdə mühim əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Şuşa bəyannaməsi hər iki ölkə arasında strateji müttəfiqliyi qanuni səviyyədə daha üst bir nöqtəyə daşımış oldu. Bu bəyannamənin parlamentlərdə ratifikasiyasından sonra Azərbaycanla Türkiyə arasında xüsusilə hərbi, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini hesab edilir.

“Bu gün Ukraynada sülhün bərqərar olması ilə bağlı Azərbaycan və Türkiyənin ortaq addımları mövcuddur. Türkiyədə Antalya diplomatiya forumu çərçivəsində Ukrayna və Rusiya Xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi bu kontekstdə mühim əhəmiyyə malikdir. Daha əvvəl Ukrayna prezidenti Volodomir Zelenski, Rusiya rəhbərliyi ilə olan görüşlərin keçiriləcəyi şəhərlər arasında İstanbul və Bakının namizədliyini irəli sürmüşdü” - deyə ekspert bildirib. O, qeyd edir ki, iqtisadi sanksiyalarla bağlı Avropada qazın və neftin qiymətində ciddi şəkildə artımlar mövcuddur.

Bu məsələdə Azərbaycan TAP və TANAP layihələri ilə Avropanın enerji təhlükəsizliyinin də oynadığı rolu bir daha ortaya qoymuş olur.

“Bütün Türk dövlətlərinin Qərbin siyasi-iqtisadi aləmində nə qədər önəmli olduğu müşahidə edilir. Bu günkü çətin geosiyasi vəziyətdə Türkdilli ölkələrlə əməkdaşlığı dünyaya mühim töhfələr verəcək. Həm Ukrayna-Rusiya arasında, həm də qlobal məkanda sülhün əldə olunmasına Türkdilli dövlətlərin əməkdaşlığının müstəsna bir yeri olacaq” - deyə ekspert bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »