Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Rusiya Aİ-nin bütün mexanizmlərindən çıxır
Peskov: Rusiya Aİ-nin bütün mexanizmlərindən çıxır

"Rusiyanın Avropa Şurasındakı fəaliyyətinin dayandırılması onun bütün müvafiq qurumlardan çıxış deməkdir".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Cümə axşamı Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya artıq Avropa Şurasında iştirak etmək fikrində deyil. Çünki Rusiyaya qarşı dost olmayan Aİ və NATO ölkələri təşkilatı Avropada ümumi humanitar, hüquqi məkanı məhv etmək xəttini davam etdirirlər.

"Axı Rusiya XİN-in bəyanatlarını şərh etmək mənim işim deyil, siz də razılaşarsınız. Ona görə də aydınlaşdırmaq üçün bu məsələni Rusiya Xarici İşlər Nazirliyinə müraciət edə bilərsiniz. Amma təbii ki, Avropa Şurasından çıxmaq, bütün mexanizmlərdən geri çəkilməyi nəzərdə tutur”, - Kreml sözçüsü bu, AİHM də daxil olmaqla, Avropa Şurasının bütün institutlarından çıxmaq deməkdirmi sualına cavabında bildirib.

Peskov Rusiyanın hansı şərtlərlə bu təşkilata qayıda biləcəyi ilə bağlı sualını da Xarici İşlər Nazirliyinə ünvanlamağı tövsiyə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »