Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycana qayıdan həmvətənlərimiz üçün quru sərhədlərinin açılması vacibdir"
"Azərbaycana qayıdan həmvətənlərimiz üçün quru sərhədlərinin açılması vacibdir"

Bir müddət əvvəl Türkiyədə karantin qaydaları yumşaldıldı. Daha maska taxmaq və ya qapalı məkanlara daxil olarkən HES kodu tələb edilmir. PCR test isə, yalnız ölkə xarici uçuşlar üçün nəzərə tutulub. Azərbaycanda da, karantin qaydaları yumşaldı. Amma hələ ki, quru sərhədlərinin açılması məsələsi nədənsə gündəmə gətirilmir.

Ölkədə yoluxma sayı azalsa da, vaksinasiya kifayət qədər edilsə də, bu məsələ heç bir vəchlə gündəmdə yer tutmur. Ancaq nəzərə alaq ki, Rusiya Federasiyasından qayıtmaq istəyən həmvətənlərimiz, Ukraynadan Gürcüstan vasitəsilə Azərbaycana qayıtmaq istəyən həmvətənlərimiz üçün quru sərhədlərinin açılması vacibdir. Bu bir kənara, qarşıdan yay gəlir. Koronavirus infeksiyasının zəiflədiyi bir dövr üçün müəyyən şərtlər daxilində ölkəyə turist cəlb etmək məqsədilə quru sərhədlərinin açılması önəmlidir.

İndi sərhədlər bağlıdır və sərhədlərdən keçmək üçün müvafiq qurumlara müraciət etməli və günlərlə cavab gözləməlisən. Alacağın cavab da sual altındadır. Baxacaq, o cavabı verən şəxsin vicdanına...

Qeyd edək ki, artıq əksər inkişaf etmiş ölkələr karantin rejimini aradan qaldırır və ya yumşaldılması barədə müəyyən qərarlar alırlar. Məsələn; Avropa ölkələri, Britaniya, Almaniya, Fransa normal həyata qayıtmaq istiqamətində israrlıdırlar.

Vüqar Bayramov Vüqar Bayramov

Deputat Vüqar Bayramov Bizimyol.info saytına müsahibəsində bildirib ki, ölkədə peyvəndləmə kifayət qədər yüksək hesab edilir. Buna görə də, quru sərhədlərinin mərhələli şəkildə açılmasına, rayonlararası dəmiryol əlaqəsinin bərpa edilməsinə, ölkəyə gediş-gəliş zamanı peyvənd pasportu olduğu halda PCR analizi tələbinin aradan qaldırılması məqsədəuyğun hesab edilə bilər. Onun sözlərinə görə, qarşıdan turzim mövsümü gəlir. Və bu baxımdan yuxarıda sadalananlar önəmlidir. Bu, pandemiya dövründə Azərbaycandan ayağı kəsilmiş turistlərin də artmasına yol aça bilər. Deputat hesab edir ki, neft sektorundan sonra turzim ölkəyə daha çox valyuta gətirən bir sahədir. Belə ki, pandemiyadan öncə, turizm gəlirləri 2,7 milyard dollara yaxın olub. Bu səbəbdən də əksər Qərb ölkələrində olduğu kimi Azərbaycandan da xüsusi karantin qaydaları təklif edilə şəkildə yumşaldılarsa, bu turizm sahəsi ilə yanaşı deigər sahələrə də faydalı olmuş olar.

Xatırladaq ki, Türkiyə Azərbaycanın vaksin pasportu ilə ölkəyə daxil olmağa icazə verir. Amma maraqlısı budur ki, Azərbaycan öz vaksin pasportu ilə Azərbaycana daxil olmağa icazə vermir. Bunun hansı səbəbdən olması sualının cavabı da hörmətli Operativ Qərargahda gizlidir...

Qeyd edək ki, Azərbaycanda xəstəxanalarda PCR testin qiyməti 40-70 manat arası dəyişir. Türkiyədə isə, özəl xəstəxanalrda belə bu qiymət 32 manatdır...

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »