Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin səfəri zamanı hansı mövzular müzakirə olunacaq?
Prezidentin səfəri zamanı hansı mövzular müzakirə olunacaq?

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yola düşüb.

Bizimyol.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və digər rəsmi şəxslər qarşılayıblar.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Prezidentin səfəri Bizimyol.info-ya şərh edən zaman bildirib ki, görüşdə dəyişən geosiyasi şərtlər və yaşanan siyasi, hərbi böhran fonunda Türkiyə Azərbaycan əlaqələrinin daha da inkişafı, bu müstəvidə yeni müqavilələrin imzalanması, risklərə uyğun siyasət formalaşması istiqamətində iki dövlət başçısı arasında ümumi danışıqlar aparılacaq, razılaşmalar əldə ediləcək.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Nəzərə alsaq ki, İsrail prezidenti də Türkiyədədir və İsrail-Azərbaycan arasında da strateji tərəfdaşlıq yüksək səviyyədədir.

Düşünürəm ki, dövlət başçısının Türkiyəyə səfərində Ərdoğanla razılaşmalar Azərbaycanın təhlükəsizliyinin daha da təmin edilməsi, Şuşa Bəyənnaməsindən irəli gələn bəndlər istiqamətində fikir mübadiləsinin aparılması, Azərbaycan və Türkiyə arasında yeni bir təhlükəsizlik, müdafiə və digər sahələrdə əməkdaşlıq sazişinin yaxın prespektivdə bağlanması razılaşdırıla bilər”.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyənin rolu Cənubi Qafqazda, Şərqi Avropada artmaqdadır. Yaxın Şərq istiqamətində aparıcı dövlətlərdən biridir və Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa istiqamətində Türkiyənin siyasəti Azərbaycanla da koordinasiyalı həyata keçirilir.

“Bundan əlavə Ermənistanla Türkiyə arasında aparılan danışıqların Azərbaycan-Ermənistan münasibətləri istiqamətində aparılması, həmçinin iki ölkə arasında imzalanan razılaşmaların həyata keçirilməsi istiqamətində də danışıqlar aparılacaq.

Ümumiyyətlə Rusiyanın Qarabağda separatizmi müəyyən dərəcədə sülhməramlılar vasitəsi ilə dəstəkləməsini Türkiyə vasitəsi ilə neytrallaşdırmaq nəzərdə tutulla bilər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »