Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İçməli su qıtlığı getdikcə daha da kəskin xarakter alır”
“İçməli su qıtlığı getdikcə daha da kəskin xarakter alır”

Qlobal istiləşmə, quraqlıq, yağıntıların qeyri-bərabər paylanması nəticəsində Azərbaycanda son illər su ehtiyatlarının get-gedə ciddi dərəcədə azaldığı müşahidə olunur.

Bizimyol.info xəbər verir ki, Kür çayının Salyan rayonundan keçən hissəsi də son bir neçə gündür quruyub. Çayın səviyyəsi kəskin şəkildə aşağı düşdüyündən sahilboyu quraşdırılmış su nasoslarının tam gücü ilə işləməsində, o cümlədən Kürə yaxın kəndlərdə əkin sahələrinin suvarılmasında problemlər yaranıb. Bəzi kəndlərdə içməli suyun verilməsi çətinləşib.

Ekoloq Cəmşid Quliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, içməli su qıtlığı planetimizdə kəskin şəkil almağa başlamış qlobal problemdir.

“Proqnozlara görə, gələcəkdə ölkələr arası müharibələr məhz içməli su mənbələri uğrunda olacaq. Bu lap çoxdan proqnozlaşdırılan bir amildir.

Hazırda Azərbaycanda içməli su qıtlığı mövcuddur. Son 10 ildə planetin müxtəlif yerlərində olduğu kimi bizdə də kəskin quraqlıqlar müşahidə olunur. Bu quraqlıqlar da içməli su hövzələrinin bir-bir yoxa çıxmasına səbəb olur”.

Ekoloq bildirir ki, içməli su hövzələri bulaqlardır. Bulaqların isə mövcudluğu havanın rütubətlilik faizindən asılıdır.

“Bu səbəbdən də yağıntıların azalmasına görə, dağlıq yerlərdə bulaqlarda qurumalar müşahidə olunur. Kiçik dağ çayları quruyur və yaxud su qıtlığı, azalması müşahidə edilir. Bütün bunlar onu göstərir ki, içməli su qıtlığı getdikcə daha da kəskin xarakter alır”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »