Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb azərbaycanlı milyarderin yaxtasını axtarır - müsadirə olunacaq
Qərb azərbaycanlı milyarderin yaxtasını axtarır - müsadirə olunacaq

Rusiyaya sanksiyalar tətbiq edən Qərb Kremlə yaxınlığı ilə seçilən oliqarxları da cəzalandırmağı unutmayıb. Bir çox oliqarxların yaxtaları müsadirə olunub.

Əlişir Osmanovun “600 milyon dollarlıq “Dilbər”i artıq avropalıların əlindədir. İqor Seçin “Lady M” və “Lena” yaxtalarını əldən verib. Vahid Ələkbərovun isə yaxtasını gizlətdiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, azərbaycanlı milyarder zirək tərpənib. O, “Galactika Super Nova”nın naviqasiya sistemini söndürüb. Buna görə də avropalılar yaxtanın yerini müəyyənləşdirə bilmir.

Düzdür, hələlik sanksiya siyahısında nə onun özünün, nə də rəhbəri olduğu “Lukoil” şirkətinin adı var. Amma milyarder əmindir ki, onun yaxtasını da müsadirə edəcəklər. Çünki 2014-cü il hadisələrində ABŞ Ələkbərovu unutmamışdı. Səkkiz il əvvəl Ələkbərovun adı sanksiya siyahısında görünmüşdü.

Vahid Ələkbərov Vahid Ələkbərov

28 qonağı qəbul etməyə hazır olan “Galactica Super Nova” müharibə günlərində Barselonadan Monteneqronun Tivat şəhərinə üz tutub. Yaxtanın bura martın 1-də çatdığı dəqiqdir. Sonra Ələkbərov izi itirməyi bacarıb. “MarineTraffic” yaxta izləmə qrupu böyük qayığın martın 2-dən ortada olmadığnıı bildirir. Monteneqro limanının rəsmi şəxsləri də “Galactica Super Nova”nın qeybə çəkildiyini təsdiqləyib.

Ələkbərovun yaxtası "AIS" kimi tanınan avtomatik izləmə sistemi siqnalları ötürməyi dayandırıb. Əslində, qanunlar bu addımı qadağan edir. Mütəxəssislər deyirlər ki, kapitanın yaxtanın izləmə cihazını söndürə biləcəyi istisna hallar var. Məsələn, piratların hücum ehtimalı yaranarsa, bu yolla gözdən itmək olar. “Galactica Super Nova” belə halla üzləşə bilməzdi. Bundan başqa, atmosferin pozulması və ya ildırım da qeydə alınmayıb. Ola bilər ki, sistem nasazlığı bəhanə edilsin. Buna da mütəxəssislər inanmır. Çünki texniki baxışlar həmişə hər şeyin qaydasında olduğunu göstərib.

“VesselFinder” super yaxtaların rəhbəri Sem Taker deyir ki, duruma görə çox təəccübləniblər. Çünki Ələkbərovun yaxtası nasaz ola bilməz. Londonda yaşayan dəniz hüquqşünası Dunkan Bateson Rusiya ilə əlaqəli qayıqların kapitanlarının AIS sistemini söndürməsini izlənilməkdən yayınma halı kimi qiymətləndirib. “Lukoil” medianın məsələ ilə bağlı sorğusuna cavab verməyib.

Vahid Ələkbərov SSRİ dövründən sonra varlanmış adamlardan sayılır. Azərbaycanlı milyarder Sovet İttifaqının neft və qaz sənayesi nazirinin birinci müavini olub. Ələkbərov ötən əsrin 90-cı illərində sərvətini artıra bilib. Vladimir Putin hakimiyyəti dövründə isə “Lukoil”un rəhbəri bütün dünyada tanınıb. İndi isə Kremlə yaxınlıq ona böyük zərbə vurur. Ələkbərov bu il sərvətinin 17.6 milyard dollarını itirib. İndi onun 5.2 milyard dolları olduğu bildirilir.

“Galactica Super Nova”nın harada olmasını demək çətindir. Ola bilər ki, Ələkbərov bir sıra Rusiya oliqarxlar kimi yaxtasını Hind okeanına sürdürə bilib. Amma onun əmlakından yaxa qurtarmaq istəməsi dəqiqdir. Ələkbərov yaxtanı 75 milyon avroya və ya 83 milyon dollara satışa çıxarıb. “VesselFinder”in hesablamalarına görə, qiymət bahadır. “Galactica Super Nova”nın dəyəri 69 milyon dollardan çox deyil.

Sem Taker yaxtanı satmaq qərarının təbii olduğunu düşünür. “Hər kəs indi Rusiya ilə əlaqəli hər hansı pula toxunmaqdan çox qorxur”, - “VesselFinder”in rəhbəri fikrini belə ifadə edir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »