Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ola bilsin, Qarabağda hansısa addımların atılması üçün hərbi hazırlıqlar gedir”
“Ola bilsin, Qarabağda hansısa addımların atılması üçün hərbi hazırlıqlar gedir”

Ermənistan tərəfinin təxribat xarakterli hərəkətləri barədə müvafiq beynəlxalq təşkilatlara məktublar ünvanlanıb.

Bu barədə Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd edilib. Məlumatda bildirilir ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzrə öhdəliyinə zidd olaraq, öz silahlı qüvvələrini qanunsuz olaraq Azərbaycan ərazilərinə yerləşdirməsi, o cümlədən, təxribat-diversiya qrupları vasitəsilə təxribat xarakterli addımları, “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı Azərbaycan Respublikası adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə məktublar ünvanlanıb.

Siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Azərbaycan hökumətinin beynəlxalq təşkilatlara müraciətinin hansısa nəticə verəcəyinə, BMT, ATƏT, Rusiyanın özünün “Laçın dəhlizi” ilə bağlı tədbirlər görəcəyinə, oradan keçən erməni birləşmələrinin, Azərbaycanın icazəsi olmadan Xandəndiyə gedən əcnəbilərin giriş-çıxışının qarşısını alacaqlarına inanmır. Onun sözlərinə görə, bu müraciət özü də bir siyasi prosesdir.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Son dövrlər “ Azərbaycan Xənkəndiyə girəcək”, “Xocalı ərazisini, kəndlərini azad edəcək” kimi məlumatlar yayılır. Ola bilsin ki, hansısa addımlar atılır və yaxud addımların atılması üçün hərbi hazırlıqlar gedir. Bu siyasi müraciətlər də həmin hərbi prosesə hazırlıq məqsədi daşıyır. Yəni, bunun baş verməsi mümkündür.

“Laçın dəhlizi” Azərbaycan üçün ən sıxıntılı məqamlardan biri idi. Oradan gedib-gələrkən nə Rusiya sülhməramlıları, nə də Ermənistan tərəfi Azərbaycanın istək və tələblərini nəzərə alırdı. Buradan istədikləri formada istifadə edirdilər. Azərbaycanın bu məsələni gündəmə gətirməsi istər Ermənistan tərəfinin, istərsə Qarabağdakı separatçıların, istərsə də Rusiya sülhməramlılarının əlini-ayağını yığmağa hesablanıb. Azərbaycan öz narazılığını müntəzəm şəkildə gündəmə gətirməklə həm də bu prosesdə nizam-intizam yaratmağa çalışır”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »