Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Versalda Rusiyanın enerji resurslarından imtinanı müzakirə edəcəklər
Aİ Versalda Rusiyanın enerji resurslarından imtinanı müzakirə edəcəklər

Avropa İttifaqının dövlət və hökumət başçıları Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün Rusiya nefti, qazı və kömürünün alınmasından tədricən imtina etmək niyyətindədirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Aİ-nin Versal sammitinin bəyannamə layihəsində deyilir. Sənəddən çıxarışları "Reuters" agentliyi yayıb.

“Artan qeyri-sabitlik, strateji rəqabət və təhlükəsizlik təhdidləri ilə üz-üzə qalaraq, təhlükəsizliyimiz üçün daha çox məsuliyyət götürərək 2030-cu ilə kimi Avropanın Rusiya enerjisindən asılılığımızı azaltmaq, investisiya modelini inkişaf etdirmək üçün daha qəti addımlar atmaq qərarına gəldik”, – deyə yekun sənəd layihəsində deyilir. Agentlik qeyd edir ki, Aİ liderləri Rusiyanın enerji daşıyıcılarından imtina üçün ümumi müddət təyin etməyəcək, çünki onlardan asılılıq dərəcəsi müxtəlif Avropa ölkələri üçün çox fərqlidir.

Bundan əlavə, Ukraynaya Aİ-yə sürətləndirilmiş üzvlük ehtimalının olmadığı bildirilib: “Aİ ölkələrinin liderləri çətin ki, Ukraynanın namizəd statusunu təklif etsinlər. Onlar assosiasiya sazişi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək qərarına üstünlük verəcəklər”, - deyə agentlik avropalı rəsmilərdən birinə istinadən yazıb.

Bu semestr Avropa Birliyinə sədrlik edən Fransa cümə axşamı Versalda açılacaq qeyri-rəsmi icma sammitinə son hazırlıqları tamamlayır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »