Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Ukrayna XİN rəhbərləri Türkiyədə görüşəcəklər
Rusiya və Ukrayna XİN rəhbərləri Türkiyədə görüşəcəklər

Ukrayna və Rusiya arasında müharibə başlayandan bəri ən yüksək səviyyəli görüş bu gün Antalyada keçiriləcək.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Rusiya-Ukrayna müharibəsi davam edərkən Türkiyə kritik görüşə ev sahibliyi edəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Diplomatiya Forumu çərçivəsində Antalyada görüşəcək. Xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə üçtərəfli formatda sülh danışıqları keçiriləcək.

Rusiya xarici işlər naziri Lavrov və Ukrayna xarici işlər naziri Kuleba müharibə başlayandan bəri ilk dəfə görüşəcəklər. Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən kənar görüşməyəcək və ayrı-ayrı otellərdə qalacaqlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »