Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdamdakı mövqelərimiz 28 dəfə atəşə tutulub
Ağdamdakı mövqelərimiz 28 dəfə atəşə tutulub

Ermənilər sülməramlıların nəzarətində olan ərazilərdən Ağdamdakı mövqelərimiz 28 dəfə atəşə tutulub.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »