Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayev Türkiyəyə Ərdoğanın dəvəti ilə gəlib
Nazarbayev Türkiyəyə Ərdoğanın dəvəti ilə gəlib

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Diplomatik Forumda iştirak etmək üçün Antalyaya gəlib.

Bizimyol.info "Tengrinews"a istinadən xəbər verir ki, bu barədə ölkənin birinci prezidentinin mətbuat katibi Aydos Ukibay məlumat verib.

Aydos Ukibay bildirib ki, Antalya Diplomatik Forumu aktual qlobal və regional problemlərə dair fikir mübadiləsi üçün müzakirə platformasıdır. Budəfəki forum “Diplomatiyanın yenidən şifrələnməsi” devizi altında keçiriləcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »