Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Putinlə birbaşa danışıqlar müharibəyə son qoya bilər
Zelenski: Putinlə birbaşa danışıqlar müharibəyə son qoya bilər

Ukrayna prezidenti Vladimir Zelenski əmindir ki, yalnız Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlardan sonra müharibəyə son qoymaq mümkün olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "Bild"ə müsahibəsində deyib.

Belə ki, Donbassın müstəqilliyini qəbul etmək və Krımın sülh naminə Rusiya olduğunu tanımaq tələbinə nə cavab verəcəyi ilə bağlı sualı cavablandıran Zelenski deyib: “Burada məsələ mənim suala nə cavab verə biləcəyimlə bağlı deyil”.

Zelenski əmindir ki, müharibəni yalnız Rusiya Federasiyasının prezidenti ilə qarşılıqlı kompromis əsasında birbaşa dialoqdan sonra dayandırmaq olar.

“Hər danışıqlarda məqsədim Rusiya ilə müharibəyə son qoymaqdır. Mən də müəyyən addımlar atmağa hazıram. Biz bəzi güzəştlərə gedə bilərik, amma bunlar mənim ölkəmə xəyanət əsaslı olmamalıdır. Qarşı tərəf də güzəştə getməyə hazır olmalıdır, ona görə də onlara kompromislər deyilir. Bu vəziyyətdən çıxmağın yeganə yolu budur. Hələlik detallar barədə danışa bilmərik. Hələ prezidentlər arasında birbaşa əlaqəmiz olmayıb. Yalnız iki prezidentin birbaşa danışıqlarından sonra bu müharibəyə son qoya bilərik”, - deyə o bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »