Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Psaki: ABŞ bioloji və kimyəvi silahlar hazırlanması ilə məşğul deyil
Psaki: ABŞ bioloji və kimyəvi silahlar hazırlanması ilə məşğul deyil

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Vaşinqton heç bir yerdə kimyəvi və bioloji silahlar istehsal və ya ona malik deyil.

Bizimyol.info xəbər verir ki, o, bu barədə çərşənbə günü "Twitter"də bəyanat yayıb.

"Biz Rusiyanın ABŞ-ın Ukraynadakı bioloji və kimyəvi silah laboratoriyaları ilə bağlı yalan iddialarını eşitdik. Çin rəsmilərinin də bu sui-qəsd nəzəriyyələrini təkrarladığını görmüşük", - Psaki deyib. Onun versiyasına görə, bu bəyanatlar “dezinformasiya məqsədilə əməliyyatdır”.

“Birləşmiş Ştatlar bioloji silahlar üzrə konvensiya öhdəliklərinə tam əməl edir, bu tip silahları istehsalı ilə məşğul deyil və heç bir yerdə beləbir silahı yoxdur. Əslində, Rusiya kimyəvi silahdan istifadəyə əl atıb və Qərbi özünün yol verdiyi pozuntularda ittiham edir”, - deyə o bildirib.

“İndi Rusiya bilərəkdən bu yalan iddiaları irəli sürdüyünə və Çinin bu təbliğatı dəstəklədiyinə görə, biz Rusiyanın Ukraynada kimyəvi və ya bioloji silahlardan istifadə etməsi, onlardan istifadə etmək üçün saxta bayraq əməliyyatı keçirməsi ehtimalına diqqət yetirməliyik", - deyə Psaki qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »