Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Biz Putini cəzalandırmalıyıq, məqsədimiz onu məğlub etməkdir” – ABŞ rəsmisi
“Biz Putini cəzalandırmalıyıq, məqsədimiz onu məğlub etməkdir” – ABŞ rəsmisi

Rusiyaya xarici təzyirlər davam edir. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib ki, Ukraynada müharibə “bir nəfərin təhrif edilmiş hesablamaları əsasında başlayıb. Ukraynadakı müharibəyə və insanların ölümünə görə bütün məsuliyyət şəxsən Rusiya prezidenti Vladimir Putinin üzərinə düşür”.

“Amerikanın Səsi” xəbər verir ki, Viktoriya Nuland bu fikirləri Senatın Xarici Əlaqələr Komitəsində deyib.

Viktoriya Nuland Viktoriya Nuland

O qeyd edib ki, “biz yadda saxlamalıyıq: Bu, Putinin əməlidir”. Onun sözlərinə görə, prezident Vladimir Zelenski haqlı olaraq deyir ki, Rusiyadan alınan neftin hər damlası Ukrayna xalqının qanıdır.

O əlavə edib ki, sanksiyalar, xüsusən də ABŞ-ın Rusiya Federasiyasından neft və qaz idxalına qoyulan embarqo hazırkı mərhələdə Putinə təsir etmək üçün nəzərdə tutulub.

"Biz Putini cəzalandırmalıyıq. Təəssüf ki, biz həm də Rusiya xalqına Putinin qlobal sülh və təhlükəsizlik üçün nələr etdiyini hiss etdirməliyik”.

ABŞ rəsmisi açıq şəkildə deyib ki, “məqsədimiz Putini strateji cəhətdən məğlub etməkdir”: “Əgər o, həqiqətən də Ukraynanı tərk etsə, qənimətləri qaytarsa və təzminat ödəsə, şübhəsiz ki, biz sanksiyaları ləğv etmək üçün ukraynalılarla işləyəcəyik”.

Bununla da Nuland Rusiyanın Ukraynanı işğal etməsinin hələ son deyil, başlanğıc olacağını önə çəkib.

***

Bu arada Ukrayna ordu rəhbərliyi son durumla bağlı açılama yayıb.

Ukrayna ordusu müdafiə əməliyyatlarını, eləcə də bəzi yerlərdə hücum əməliyyatlarını davam etdirir. Əməliyyatlar dövlət sərhədini və Kiyevi əhatə edir. Ukraynanı işğal edə bilmədiyi üçün düşmənin psixoloji durumu sürətlə pisləşir.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının günün yekunlarına dair açıqlamasında bildirilir.

Açıqlamada bildirilir ki, müdafiə qüvvələrinin qruplaşmaları Cənub, Şərq və Şimal əməliyyat zonaları daxilində əməliyyatları davam etdirir, Şərqdə Ukrayna müdafiəçiləri düşməni pralel olaraq üç əməliyyat bölgəsində - Donetsk, Slobojanski və Tavriya saxlayırlar. Şimal-qərb istiqamətində müdafiə qüvvələri qruplaşmalarının bir hissəsi Belarus Respublikası ilə dövlət sərhədini əhatə edir. Müdafiə əməliyyatı Polesski və Volın əməliyyat rayonlarında davam edir.

Borodyanka və Makarov yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələri bölmələrinin hücum əməliyyatları zamanı düşmən xeyli itki verib. Çerniqov şəhəri möhkəm müdafiə edilir. Kiyevin müdafiə qüvvələri lazımi müdafiə xəttini qoruyub saxlayır.

Açıqlamada deyilir ki, “Rusiya hərbi cinayətkarları Mariupolda doğum evinə və uşaq xəstəxanasına raket və mərmilərlə hücumlar təşkil edib. Düşmən dinc əhaliyə çoxsaylı itkilər verir, mülki infrastrukturu məhv edir: "Rusiya işğalçıları ruhdan düşür, RF Silahlı Qüvvələrinin hərbi qulluqçularının psixoloji vəziyyəti sürətlə pisləşir”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »