Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada dövlətə xəyanətə görə cəzalar sərtləşdirilir
Ukraynada dövlətə xəyanətə görə cəzalar sərtləşdirilir

Ukrayna Prezidenti Vladimir Zelenski hərbi vəziyyət dövründə dövlətə xəyanət və talanlara görə məsuliyyətin artırılmasını nəzərdə tutan fərman imzalayıb.

"Report" bu barədə UNİAN-a istinadən xəbər verir.

Bununla da Ukraynada dövlətə xəyanətə görə maksimum cəza əmlakı müsadirə olunmaqla ömürlük həbs sayılır. Talana görə isə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Əvvəllər bu maddələr üzrə maksimum cəza müvafiq olaraq 15 və 10 il idi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »