Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtobuslar üçün qaz və elektrik mühərriki tələbi 2025-ci ildə qüvvəyə minəcək
Avtobuslar üçün qaz və elektrik mühərriki tələbi 2025-ci ildə qüvvəyə minəcək

Avtobusların müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməsi ilə bağlı tələbin qüvvəyə minməsi müddəti daha 3 il təxirə salınıb.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, avtobusların müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməsi ilə bağlı tələb 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bundan əvvəl bu tələbin 2022-ci il yanvarın 1-də qüvvəyə minməsi nəzərdə tutulmuşdu.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »