Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abramoviç "Çelsi"ni ABŞ-İsveçrə konsorsiumuna satmaqdan imtina edib
Abramoviç "Çelsi"ni ABŞ-İsveçrə konsorsiumuna satmaqdan imtina edib

Roman Abramoviç sahibi olduğu İngiltərənin "Çelsi" klubunu ABŞ-İsveçrə konsorsiumuna satmaqdan imtina edib.

"Report" xəbər verir ki, isveçrəli iş adamları Hansyorq Viss və Todd Belinin də daxil olduğu şirkətin təklifi rusiyalı biznesmeni razı salmayıb.

Daha əvvəl konsorsiumun "zadəganlar"ı almaq üçün 2,6 milyard avro ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »