Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
14 ildən sonra ilk dəfə İsrail prezidenti Türkiyəyə səfərə gəlib
14 ildən sonra ilk dəfə İsrail prezidenti Türkiyəyə səfərə gəlib

Prezident Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqu Ankarada rəsmi mərasimlə qarşılayıb. 14 ildən sonra İsraildən Türkiyəyə ilk prezident səfəri başladı.

Bizimyol.info xəbər verir ki, Beştepedəki rəsmi qarşılanma mərasimindən sonra iki liderin təkbətək görüşü olub.

İsrail prezidenti İsaak Hersoq rəsmi səfər etmək üçün Ankaraya gəlib. Hersoq həyat yoldaşı Michal Herzog ilə Ankara Esenboğa hava limanına enib.

Hersoq 2008-ci ildən Türkiyəyə səfər edən ilk İsrail lideri olub.

İsrail prezidenti Hersoq sosial media hesabında paylaşım edərək: "Mən vəzifəyə gəldiyim gündən bəri qurduğumuz dialoqu davam etdirmək üçün Türkiyə prezidenti Ərdoğanın dəvəti ilə həyat yoldaşım Michal ilə Türkiyəyə səfərə gedirik. Bu regionda Türkiyə ilə İsrailin münasibətinin qurmasında maraqlıyıq. Ümid edirəm bu səfər Türkiyə ilə İsrail arasında dərin dialoqu təmin edər", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »