Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Rusiya və Belarusa qarşı sanksiyaları gücləndirəcək
Aİ Rusiya və Belarusa qarşı sanksiyaları gücləndirəcək

Avropa İttifaqı Ukraynaya hücuma görə Rusiyaya qarşı sanksiyaları gücləndirir. Məhdudiyyətlər daha 160 oliqarxa və Rusiya Federasiya Şurasının üzvlərinə şamil ediləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "Tvitter" hesabında məlumat verib.

Biz Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə cavab olaraq sanksiyalar şəbəkəsini daha da gücləndiririk.

Onun sözlərinə görə, məhdudiyyətlər aşağıdakılara təsir edəcək:

oliqarxlar və Rusiya Federasiyası Federasiya Şurasının üzvləri də daxil olmaqla 160 nəfər;

Belarusun bank sektoru;

Rusiya Federasiyasına dəniz naviqasiya avadanlıqlarının ixracı;

kripto aktivləri.

Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə Rusiyaya qarşı daha sərt sanksiyaları müzakirə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »