“Ukrenerqo” milli enerji şirkəti Rusiya qüvvələrinin hərbi əməliyyatları davam etdirməsi nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının enerjisinin tamamilə kəsildiyini bildirir.
Bizimyol.info xəbər verir ki, şirkət hərbi əməliyyatların davam etdiyi, bu səbəbdən təmir işlərinin və enerji təchizatının bərpasının mümkün olmadığını vurğulayıb.
Slavutiç şəhəri də işıqsız qalıb. "Ukrenerqo" vəziyyəti izləməyə davam etdiklərini bildirib.