Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evlərin qiyməti niyə sürətlə qalxır?
Evlərin qiyməti niyə sürətlə qalxır?

Yaşadığımız dövrdə insanların ən böyük problemlərindən biri də mənzil sahibi olmaqdır.

2022- ci il insanlar üçün sözün əsl mənasında baha başa gəldi.Bəs evlərin qiyməti necə? Qiymətlər arta-arta getdiyimiz bu dövrdə mənzil qiymətləri alıcıları sevindirəcəkmi, yoxsa üzəcəkmi sual altındadır. Ekspertərin sözlərinə görə, ötən dövrlərlə müqayisədə 2022-ci il evlərin qiymətinin təxminən 15-20 faiz artacağı proqnozlaşdırılır. Bahalaşmaya həm də tikinti materiallarının qiymətinin qalxması gözləniləndir.

Qiymət artımı təbii ki, kirayə mənzil bazarına da təsirsiz ötüşməyəcək. Belə olduğu halda bahalaşma əlbətdə torpaq bazarında da gözləniləcək.

Əlverişli şəraitə malik evlərin baha qiymətə satıldığı üçün insanlar daha çox ucuz qiymətlərə başa gələn evlərə üz tuturlar.

Təkrar mənzil bazarında qiymət ucuzlaşmasının əsas səbəbi köhnə binalara marağın azalmasıdır.

Daha çox köhnə binalarda mənzillərin satışında azalma müşahidə edilir. Binalarda mənzillər çox çətinliklə satılır. Köhnə binalarda uçuntu riski çox olduğuna görə, həm banklar kredit vermirlər, həm də alıcılar maraq göstərmirlər. Buna görə də qiymətlərdə azalma var.

İlkin mənzil bazarında isə qiymətlərin ucuzlaşması struktur dəyişikliyi ilə bağldır. Yəni bazara daha çox ucuz ərazilərdən təkliflər daxil olur. Şəhərin mərkəzindən yox, kənar ərazilərdə olan nisbətən ucuz mənzillər təklif edilir ki, bu da ümumilikdə qiymətlərin aşağı düşməsinə səbəb olur.

Əsasən də yataqxana tipli binalardan ev almağı daha qənaətbəxş gəlir insanlar üçün.  Bu evlərə həm sovet dövründən qalma evlər, həm də tələbə yataqxanaları daxildir. Bəs yataqxana tipli mənzillərdən alan evlər insanları qane edirmi? Məsələn şəhərin mərkəzində bina tipli 2 evin qiyməti 70/80 min manat olduğu halda , yataqxana mənzillərdə eyni ərazidən 2 otaqlı ev 45/50 minə başa gəlir Ekspertlərin sözlərinə görə İnsanların bu kimi evlərə marağın artmasının əsas səbəbi ucuz qiymətə alıb, sonra kirayə kimi verməsidir. Çünki yataqxana evlərin kirayə haqqı münasib olduğundan insanlar daha çox bu mənzillərə üz tuturlar.Tələbə yataqxanalarında qiymətlər 1 otaq üçün 10 min manatdan 25 min manatadək təklifi olunduğu halda, ailə yataqxanalarında 2 otaqlı mənzillər üçün bu qiymət 25-30 min arası dəyişir.

Bu cür mənzillərin alqı- satqısı zamanı çıxan çıxan sənəd probleminə gəldikdə isə, əgər elektron satışda onu satan şəxsə tam mülkiyyət verilibsə və binaya aid olduğu müəssənin balansından çıxıbsa həmin ev sahibin özəl mülki sayılır . Biz baxsaq həmin təklif olunan yataqxanalarında vaxtilə yetəri qədər alıcalır olub ki, artıq bu günlərdə həmin mənzilləri yenidən bazara çıxardıb satmaq istəsələr alıcı tapmaq çox elə də müşkül məsələ deyil. Həmin yataqxana tipli binalardakı mənzilləri alarkən mütləq sənədlərə baxmaq lazımdır. Sözü gedən binalarda xoşa gəlməyən mənzərə ondan ibarətdir ki, vətəndaşlara bilmədən hər hansı yazılı arayışla satılsa da , həmin yataqxanaların dövlət tərəfindən söküntü zamanı sahibin mülkiyyətini təsdiqləyən sənədi yoxdursa, həmin vətəndaşa hər hansı kompensasiyanın ödənilməsində çətinliklər olacaq.

Havar, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »