Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MKİ: Putin özünü Qərb dövlətləri tərəfindən təhqir olunmuş hesab edir
MKİ: Putin özünü Qərb dövlətləri tərəfindən təhqir olunmuş hesab edir

ABŞ Konqresinin Kəşfiyyat Komitəsində Ukraynadakı vəziyyətlə bağlı dinləmələr keçirilib.

Bizimyol.info xəbər verir ki, iclasda Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns çıxış edib.

Börns münaqişənin inkişaf perspektivlərinin "məyusedici" olacağını bildirib.

Burns: “Rusiya prezidenti Vladimir Putinin müharibənin siyasi sona çatması üçün heç bir planı yoxdur, Putin qəzəblidir və ruhdan düşüb. Düşünürəm ki, o, çox güman ki, təzyiqi ikiqat artıracaq və mülki şəxslərin itkilərini nəzə almayaraq Ukrayna ordusunu darmadağın etməyə çalışacaq”, - deyib.

Rusiya tərəfinin əhəmiyyətli və gözlənilməz itkilərinə baxmayaraq, amerikalı analitiklər hesab edirlər ki, uğursuzluqlar “Putini çəkindirmir və onun eskalasiya ehtimalı var”.

Milli Kəşfiyyatın direktoru Avril Haynes deyib: “Putin özünü Qərb dövlətləri tərəfindən təhqir olunmuş hiss edir və bu müharibəni uduzmağı gözə ala bilməyəcəyi müharibə kimi görür.

Rusiya ordusu getdikcə, hərbi məqsədlərinə çatmaq üçün müharibə qaydalarına riayət etməkdən imtina edir”.

Hayns: “Maksimalist planın həyata keçirilməsi - Ukraynada rusiyapərəst rejimin qurulmasına çalışan Rusiya keçilməz çətinliklərlə üzləşəcək və ölkə ərazisinə nəzarət edə bilməyəcək”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »