Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin: Pekin Rusiya və Ukrayna arasında sülh danışıqlarını dəstəkləyir
Çin: Pekin Rusiya və Ukrayna arasında sülh danışıqlarını dəstəkləyir

Çin Xalq Respublikasının Sədri Si Tsinpin, Rusiyanı Ukraynanı işğal etməsindən sonra “maksimum təmkinli olmağa” çağırıb və Pekinin “Avropada müharibə ocağının yenidən alovlandığını görməkdən çox narahat olduğunu” söyləyib.

Bizimyol.info xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz ilə virtual görüşdə danışan Si, üç ölkənin Rusiya və Ukrayna arasında sülh danışıqlarını birgə dəstəkləməli olduğunu söyləyib.

Çin lideri Ukraynadakı vəziyyəti “dərin narahatedici” adlandırıb. O, prioritetin gərginləşmənin və ya “nəzarətdən çıxmanın” qarşısını almaq olduğunu deyib.

Si həmçinin deyib ki, Fransa və Almaniya böhranın mənfi təsirlərini azaltmaq üçün səy göstərməlidirlər. Dövlət başçısı sanksiyaların qlobal maliyyə, enerji təchizatı, nəqliyyat və təchizat zəncirlərinin sabitliyinə təsirindən narahatlığını ifadə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »