Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zelenskinin Ərdoğana böyük simpatiyası var, onun sözünü yerə salmayacaq"
"Zelenskinin Ərdoğana böyük simpatiyası var, onun sözünü yerə salmayacaq"

Mövcud iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatını kifayət qədər çətin bir vəziyyətə salıb. Müharibə öncəsi də bənzər formalı sanksiyalar tətbiq edilirdi. Ancaq Ukrayna müharibəsi fonunda Qərbin tətbiq etdiri ağır sanksiya paketləri Rusiya iqtisadiyyatını olduqca çətin bir vəziyyətə saldı. Artıq bununla bağlı sosial şəbəkələrdə real vəziyyəti əks etdirən foto-videolar paylaşılır. Marketlərin, mağazaların boş olduğunu əks etdirən vəziyyət , hətta SSRİ-nin son günlərindəki ərzaq qıtlığı ilə bağlı vəziyyətinə yaxınlaşdığını əks etdirir.

Politoloq Turan Rzayev Bizimyol.info saytına açıqlamasında bildirib ki, Vladimir Putin SSRİ planına yaxınlaşmağa başlayır. Yəni SSRİ-nin sonlarında da Rusiyada vəziyyət belə idi. Və bu gündə Rusiyadakı vəziyyət SSRİ-nin son dövrlərdə üzləşdiyi vəziyyətlə bənzərlik təşkil edir.

Turan Rzayev Turan Rzayev

Atəşkəs məsələsinə gəldikdə isə, politoloq bildirib ki, konkret atəşkəs elan edilməyib. Elan edilən atəşkəs Rusiya-Ukrayna nümayəndələrinin görüşünün üçüncü raundu ilə bağlıdır. Qeyd edilən humanitar məsələlərə dair bir atəşkəs var: “Baxın, burada söhbət müharibənin dayandırılmasından getmir. Blokadada olan şəhərlərə qarşı şəhərlərə hücumların dayandırılmasından gedir. Ətraf ərazilərdə müharibə hələ də davam edir. Ukrayna tərəfi Rusiya mühasirəsində qalan şəhərlərə ərzaq və tibbi ləvazimatın çatdırılması istiqamətində razılıq əldə edib. Rusiya tərəfinin irəli sürdüyü humanitar dəhliz məsələsi də olduqca absurddur. Çünki rəsmi Rusiya bəyan edir ki, humanitar yardımlar Belarus sərhədinə gətirilməli, buradan aparılılmaldır. Bu da ki, absurdur. Yanaşma düzgün deyil”.

Politoloq qeyd edib ki, vəziyyətin sonrakı gedişatı Martın 10 Antalya görüşündə bəlli olacaq. Belə ki, Antalya iqtisadi forumuna Rusiya və Ukrayna xarici işlər nazirləri qatılacaq. Görüş sonrası üçlü görüş keçirilmə ehtimalı da var. Türkiyə rəsmiləri son günlər rəsmi Kiev və Moskva ilə Xarici İşlər Nazirliyi səviyyəsində kifayət qədər diplomatik söhbətlər aparır.

“Sərhəddə görüşlər keçirilir, amma bu konkret siyasi və ya diplomatik görüşlər deyil. Bu görüşlər, humanitar xarakterli görüşlərdir. Amma XİN səviyəsində Antalyada təşkil edilməsi ehtimal edilən görüş mühariənin bu günə qədər olan mərhələsindəki ən real görüş hesab olunacaq”,- deyən Rzayev bu görüşdə müəyyən razılığa gəlinəcəyini düşünmür. Amma XİN səviyyəsində bir görüşün keçirilməsi gələcəkdə Türkiyə vasitəsilə keçiriləcək ehtimal görüşlərdən xəbər verir.

Türkiyə prezidenti Rəvəb Tayib Ərdoğan onsuz da Ukrayna və Rusiya prezidentləri səviyyəsində bir görüşün Ankara və ya İstanbulda keçirilməsini arzulayır. Belə bir görüşün keçirilməsi də mümkündür. Ehtimal ki, Antalyadakı XİN səviyyəsindəki görüşdən sonra prezidentlər səviyyəsində görüşün olması mümkündür.

“Çünki Ukrayna prezidneti Volodomir Zelenskinin Rəcəb Tayib Ərdoğana böyük simpatiyası var. Onun sözünü çox ciddiyə alır. Bu mənada bu danışıqlarda Ərdoğanın sözünü yerə salmayacaq. Putinə gəldikdə isə, faktiki olaraq Rusiyadan bir çox Avropa ölkələri üz döndərib. Bu mənada Ukrayna ilə danışıqlara getmək üçün ən real vasitəçi dövlət Türkiyədir. Burada Azərbaycanı da qeyd edə bilərdik. Amma indiki halda Türkiyə seçilib. Bu mənada tərəflərin İstabulda görüş keçirməsi mümkündür” - deyən politoloq bildirir ki, danışıqların dalan dirənməsində Rusiyanın irəli sürdüyü ağır şərtlər böyük rol oynayır. Çünki faktiki olaraq Rusiya tələb edir ki, Krımın ilhaqını tanımasını, Donbask və Donestskin müstəqilliyini tanımasını və neytralaşmasını tələb edir. Bu isə kapitulyasiya aktı kimi bir şeydir və Ukrayna tərəfinin bununla barışması mümkün deyil.

Siyasi şərhçinin fikrincə, Rusiya tərəfi ehtimal ki, bu tələbləri irəli sürərək, danışıqları sürətləndirmək və danışıqlar prosesində istədiyini əldə etməyə çalışır. Mümkündür ki, Rusiya bu danışıqların yekununda yalnızca Ukraynanın neytrallaşması və silahsızlaşdırılması şərtində qalacaq. Dombass və Donetsk yüksək muxtariyyətdə Ukraynaya qaytarılacaq. Krıma gəldikdə isə, Krımla bağlı nəsə demək çətindir. Çünki Krımın ilhaqı məsələsi gündəmdədir.

Turan Rzayev bildirir ki, Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana müsbət və mənfi təsirləri ola bilər. Dünyada bazarında neft və qazın qiymətində kəskin artım müşahidə olunur. Hətta ilkin proqnozlara görə, bu qiymət 130-150 dollara qədər qalxacağı da ehtimal olunur. Yəni belə versiyalar var.

“Təbii ki, neftin və qazın qiymətinin artması Azərbaycan büdcəsinə xarici valyuta ehtiyatlarının artmasına gətirib çıxara bilər. Eyni zamanda buğda və un məmulatlarının qiymətində də, artım müşahidə olunacağı mümkündür. Çünki Azərbaycan buğda ehtiyyatının böyük bir hissəsini Rusiyadan təmin edir”,- deyə politoloq bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »