Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan Ukraynaya qarşı ikibaşlı oyun: Polşa Vaşinqtonu çətinə saldı
ABŞ-dan Ukraynaya qarşı ikibaşlı oyun: Polşa Vaşinqtonu çətinə saldı

ABŞ Polşanın bütün MiQ-29 döyüş təyyarələrini ABŞ vasitəsilə Ukraynaya çatdırmaq təklifini rədd edib.

Bizimyol.info xəbər verir ki, Polşa sürpriz bir təkliflə ordu inventarında olan bütün MiQ-29 təyyarələrini dərhal və pulsuz olaraq Almaniyada yerləşən ABŞ-ın Ramşteyn aviabazasına köçürməyə, yəni ABŞ hökumətinin sərəncamına verməyə hazır olduğunu açıqlayıb.

Lakin ABŞ Polşanın təklifini “bütün NATO alyansı üçün ciddi narahatlığa səbəb olacaq” əsası ilə rədd edib. Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, döyüş təyyarələrinin ABŞ-NATO bazasından Ukraynaya qalxması bütün alyansın narahatlığına səbəb olacaq. Təklifin logistik çətinliklər yaradacağını ifadə edən Kirbi Polşa ilə məsləhətləşmələrə davam edəcəklərini qeyd edib.

Qeyd edək ki, Rusiya daha əvvəl xəbərdarlıq etmişdi ki, Ukraynaya havadan dəstək verən ölkələri “müharibənin bir hissəsi” hesab edəcək.

Xatırladaq ki, daha öncə Polşa bildirirdi ki, əgər onlar öz təyyarələrini Ukraynaya versələr, özlərinin döyüş təyyarələri qalmayacaq. Əvəzində ABŞ bildirmişdi ki, əgər Polşa öz təyyarələrini verərsə, onlara F-16 təyyarələrinin verilməsi barədə məsələyə baxa bilərik. Amma sonradan Ağ Ev bildirdi ki, təyyarələrin qısa müddətdə Polşaya verilməsi asan məsələ deyil.

Son olaraq ABŞ bəyan etdi ki, bu barədə qərarı Polşa özü verməlidir və rəsmi Vaşinqton buna etiraz etmir. Ağ Ev bununla da məsuliyyəti Polşanın üzərinə atdı. Bu vəziyyətdə Ukrayna xalqının Polşadan gözləntilərini yaxşı başa düşən rəsmi Varşava isə sanki ABŞ-a cavab zərbəsi endirdi. Polşa bəyan etdi ki, onlar bütün təyyarələri təmənnasız olaraq ABŞ-ın sərəncamına verməyə hazırdırlar. Yəni əgər ABŞ özü bunları Ukraynaya verə bilirsə, təhvil alsın. Ardınca ABŞ-ın geri çəkilməsi ilə Polşa sanki özünə həm Ukraynanın, həm də dünyanın qarşısında bəraət qazandırdı.

Daha öncə Zelenski NATO haqqında neqativ fikirlər səsləndirmişdi və "artıq NATO üzvlüyündən soyuduq" deyə bildirmişdi.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »