Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Rusiya arasında gediş-gəliş faktiki olaraq blok edilib
Azərbaycan və Rusiya arasında gediş-gəliş faktiki olaraq blok edilib

Bir neçə gündür ki, davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya tətbiq edilən sanksiyalardan biri də Qərb ölkələri, Avropa İttifaqı ölkələrinə olan hava əlaqəsinin dayandırılmasıdır. Təbii ki, müharibə səbəbilə Rusiyaya tətbiq edilən sanksiyalar iqtisadiyyatı sürətlə çökdürür. Buna görə də Rusiyada yaşayan etniklər, o cümlədən də azərbaycanlılar Rusiyanı tərk etməyə başlayıb. Amma ötən gündən etibarən, Azərbaycan və Rusiya arasında birbaşa hava əlaqəsi dayandırıldı. Yəni həm Rusiya, həm də Azərbaycan aviaşirkətləri Rusiya Azərbaycan və Azərbaycan Rusiya istiqamətində hərəkəti dayandırır. Əlbəttə ki, bu həmvətənlərimizin və Rusiyanı tərk etmək istəyənlərin vəziyyətini çətinləşdirəcək.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”nın rəhbəri Azər Allahverənov Bizimyol.info saytına açıqlamasında bildirib ki, Operativ Qərargahın may ayına qədər qəbul etdiyi pandemiya rejimi var. Yəni quru sərhədlər üzərindən hərəkət yoxdur. Məhdudiyyətlər tətbiq edilməkdədir. Eyni zamanda Rusiya və Azərbaycan arasında aviadaşımalar da dayandırılıb. Amma Rusiya ilə Gürcüstan arasında sərhəd açıqdır: “Bizdə olan məlumata görə, artıq minlərlə insan Rusiyadan Gürcüstan istiqamətində hərəkət etməkdədirlər. Gürcüstanın iri şəhərlərində Tbilisidə, Batumidə və digər şəhərlərdə məskunlaşmağa müvəffəq olublar. Söhbət burada Rusiya Federasiyası vətəndaşlarından gedir. Onlar arasında etnik ruslar, etnik gürcülər, etnik azərbaycanlılar da var. Rusiya ilə Gürcüstan arasında quru torpaqlar açıqdır. Bu quru sərhədlərdə keçid olduğu üçün onlar rahat şəkildə bundan istifadə edirlər. Azərbaycanın Rusiya Federasiyası və Gürcüstanla olan quru sərhədlərində məhdudiyyətlər tətbiq olunduğu üçün quru sərhədlər üzərindən böyük bir köçün olacağını düşünmürəm. Məhdudiyytlər çox sərt şəkildə tətbiq olunur. Sərhəd bağlıdır”.

Azər Allahverənov Azər Allahverənov

Ekspertin sözlərinə görə, Azərbaycana Rusiyadan quru sərhədlərlə gəlmək istəyən həmvətənlərimiz, iqtisadi cəhətdən problemi olanlar, səhhətində problemlər olanlar müvafiq qurumlara müraciət edərək, Azərbaycana mərhələli şəkildə gələ biləcək.

Xatırladaq ki, hazırda pandemiya-karantin qaydalarına görə Azərbaycan və Rusiya arasında quru sərhədi bağlıdır. Azərbaycan vətəndaşları nə qatar, nə avtobus, nə də şəxsi avtomobillə Rusiya Federasiyasına keçə bilməzlər. Eləcə də Rusiya vətəndaşları Rusiyadan Azərbaycana quru sərhəddi ilə keçə bilməz. Rusiya Federasiyasının vətəndaşları isə Azərbaycan-Rusiya quru sərhədindən Rusiya ərazisinə heç bir problem olmadan keçə bilərlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »