Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Çini də hədələdi: "Rusiyaya kömək etsəniz..."
ABŞ Çini də hədələdi: "Rusiyaya kömək etsəniz..."

Çin şirkətləri Rusiyaya qarşı sanksiyaları pozaraq bu ölkə ilə “anti-sanksiya” kontekstində əməkdaşlığa baş vurarsa, cəzalandırılacaqlar. Belə bir hal aşkarlanarsa, onlar ABŞ-ın əsas texnologiyalarına çıxışı itirəcəklər.

Hədə xarakterli belə bir xəbərdarlıqla ABŞ-ın ticarət naziri Cina Raymondo çıxış edib. “The New York Times” nəşrinin yazdığına görə, Raymondo deyib ki, Bayden administrasiyası “SMIC” və Çinin çip istehsal edən digər şirkətlərinin qabaqcıl çiplərin yaradılması üçün vacib olan ABŞ istehsalı alətlər və proqram təminatına çıxışını dayandıra bilər.

"Onların bu materialı Rusiyaya verməməkdə öz maraqları var",- deyən Raymondonun fikrincə, "onlar bunu yaxşı niyyətlə etmirlər". Nəşrin məlumatına görə, ABŞ Rusiya və Belarusa çiplərin ixracına qoyulan qadağanı pozan istənilən Çin şirkətini "əsaslı şəkildə bağlaya" bilər. Nəşr xatırladır ki, Ukraynaya müdaxilədən əvvəl Rusiya çiplərin çoxunu Çindən alırdı.

Bu arada Rusiyanın hərbi itkiləri də ildırım sürəti ilə artır. Rusiya artıq Ukraynanın işğalı üçün hazırlanmış hərbi texnikanın 8-10 faizini itirib. Bu barədə CNN kəşfiyyat məlumatlarına istinadən xəbər verir.

ABŞ kəşfiyyatının hesablamalarına görə, bu texnika ya tamamilə məhv edilib, ya da sıradan çıxarılıb. Söhbət tanklardan, təyyarələrdən, artilleriyadan və digər hərbi texnikadan gedir.

Ötən həftə Amerika kəşfiyyatı Ukraynada Rusiya texnikasının 3-5 faizinə qədərinin itirildiyini bildirmişdi. Son açıqlama Rusiyanın hansı sürətlə itkilər verdiyini ortaya qoyur.

Ukrayna da öz hərbi texnikasının eyni faizini itirib. Amma Ukraynanın havadan intensiv hücumlarını və fasiləsiz olaraq Qərbdəb hərbi yardımlar əldə etdiyini nəzərə alsaq, bu ana qədər vəziyyət Rusiya üçün arzuolunan şəkildə inkişaf etməyib.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi bildirib ki, Rusiya Ukraynaya 625-dən çox raket atıb və demək olar ki, bütün təlim keçmiş döyüş gücünü döyüşə atıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »