Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kuleba: Bizi aldatmağa çalışanlara qarşı amansızıq
Kuleba: Bizi aldatmağa çalışanlara qarşı amansızıq

Ukrayna anti-Rusiya sanksiyalarını gücləndirmək üçün Qərb ölkələrinə və şirkətlərinə təzyiq göstərməyə davam edəcək.

Bizimyol.info xəbər verir ki, bu açıqlama ilə ölkənin xarici işlər naziri Dmitri Kuleba çıxış edib.

"Ayrı-ayrı tərəfdaşların özlərini yarımçıq qərarlarla məhdudlaşdırmaq cəhdləri var. Bəziləri zamanla oynamağa çalışır. Amma biz sürəti azaltmırıq", - o deyib.

Kulebanın sözlərinə görə, bəzi tərəfdaşlar Ukrayna prezidentini və ölkədəki bütün siyasi xadimləri sərt davranmaqda günahlandırırlar.

"Bəli, biz sərtik. Bəzən amansız oluruq. Xüsusilə də bizi aldatmağa çalışanlara qarşı", - o əlavə edib.

Qeyd edək ki, iki gün öncə Fransa hökuməti Rusiyadakı 15 iri şirkətinə işğalçı dövləti tərk etməyə tələsməyi məsləhət bilməmişdi. Hazırda bəzi Qərb dövlətlərinin böyük şirkətləri Rusiyada fəaliyyətlərini davam etdirdikləri bildirilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »