Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rubl batmağa davam edir: Rusiyada fond birjaları niyə bağlı saxlanır
Rubl batmağa davam edir: Rusiyada fond birjaları niyə bağlı saxlanır

Rusiyada valyutadəyişmə məntəqələrində dollar 190 rubl səviyyəsinə çatıb, amma onu almaq o qədər də asan deyil - bir çox valyutadəyişmə məntəqələrində xarici valyuta yoxdur artıq.

Onlayn birjalarda dolların qiyməti 130 rubl (müharibədən əvvəl 177 rubl idi)  olsa da, reallıqda başqa mənzərə var. Rusiyada nağd pul bazarında dolların dəyəri yeni zirvələr fəth edir - martın 9-da səhər saatlarına olan məlumata görə, 190 rubla çatıb.

Eyni zamanda, Rusiya Federasiyasında bir çox valyutadəyişmə məntəqələrində valyuta qurtarıb və ona görə də məntəqələr bağlıdır. Həmçinin bankomatların qarşısında da uzun növbələr var, hamı rubl balansını çıxarıb qara bazarda dollara çevirmək istəyir. Vəziyyətin daha da nəzarətdən çıxa biləcəyini düşünən Rusiya hökuməti fond birjalarını hələ də açmayıb. Çünki yaxşı bilirlər ki, fond birjaları işə düşən kimi hamı əlindəki Rusiya səhmlərini satmaq istəyəcək və bu zaman böhranın miqyası daha aydın görünəcək.

Bu arada Rusiyaya qarşı qlobal koalisiya günü-gündən böyüyür. Artıq dörd Avropa ölkəsi Rusiyanın hərbi cinayətlərini araşdırmağa başlayıb. Bu barədə Ukrayna baş prokuroru İrina Venediktova məlumat verib.

Onun sözlərinə görə, bunlar Litva, Polşa, Estoniya və Almaniyadır. "Ədalət naminə qlobal koalisiya hər gün böyüyür. Biz birlikdə hüquqi müstəvidə də qalib gələcəyik",- Venediktova vurğulayıb.

Martın əvvəlində 39 ölkənin müraciəti əsasında Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində baş vermiş hərbi və insanlığa qarşı cinayətləri araşdırmağa başlayıb. Martın 7-də məhkəmə Ukraynanın Rusiyaya qarşı soyqırım ittihamı ilə bağlı iddiası üzrə dinləmələrə başlayıb.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də səhər tezdən Ukraynaya soxularaq əvvəlcə hərbi obyektləri bombalamağa başlayıb, sonra isə dinc yaşayış məntəqələrinə də zərbələr endirməyə başlayıb. Xüsusilə, hərbi zərbələr Kiyev, Xarkov, Çerniqov və Mariupola qarşı daha intensiv olub.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının məlumatına görə, müharibə başlayandan bəri Ukraynada artıq 474 mülki şəxs həlak olub. Həyatını itirən uşaqların sayı isə 50-ni keçib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »