Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon Polşanın "MiQ-29"larla bağlı təklifini əsaslı hesab etmir
Pentaqon Polşanın "MiQ-29"larla bağlı təklifini əsaslı hesab etmir

Pentaqon qırıcı təyyarələrin Ukraynaya ötürülməsini mümkün etmək üçün Polşanın özünün "MiQ-29"larını ABŞ-ın sərəncamına vermək təşəbbüsünü əsassız adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Nazirliyin sözçüsü Con Kirbinin qeyd edib ki, Polşanın təklifi yalnız məsələnin gündəmə gətirdiyi bəzi mürəkkəblikləri əhatə edir.

"Dediyimiz kimi, Polşa təyyarələrinin Ukraynaya təhvil verilməsi qərarı son nəticədə Polşa hökumətinin üzərinə düşür. Biz Ukraynaya davam edən təhlükəsizlik yardımımızla bağlı məsləhətləşmələri davam etdiririk, çünki əslində Polşanın təklifi bu məsələnin yalnız bəzi mürəkkəbliklərini nümayiş etdirir. "Birləşmiş Ştatların sərəncamında olan" döyüş təyyarələri Almaniyadakı ABŞ/NATO bazasından havaya qalxacaq və Rusiyanın Ukrayna ilə müharibə apardığı hava məkanı üzərində uçacaq. Bununla bağlı NATO-nu narahat edəcək xeyli əsaslar var”, - bəyanatda deyilir.

Pentaqon Polşa və digər NATO müttəfiqləri ilə məsələ və onun qaldırdığı “çətin logistik problemlər”lə bağlı məsləhətləşmələri davam etdirəcək.

“Lakin biz Polşanın təklifini ağlabatan hesab etmirik”, - deyə Kirbi bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »