Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumidən Poltavaya təxliyə bu gün də davam etdiriləcək
Sumidən Poltavaya təxliyə bu gün də davam etdiriləcək

Sumıdan Poltavaya humanitar dəhlizin fəaliyyəti uzadılıb, bu gün saat 9.00-dan 21.00-a kimi həm şəxsi nəqliyyat, həm də avtobuslarla getmək mümkün olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının və Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

"Danışıqlar qrupu bütün gecə davam etdi və Sumıdan Poltavaya qədər olan hümanitar dəhlizin açıq saxlanması bu gün, 09.03.2022-ci il tarixində saat 9.00-dan 21.00-a qədər uzadıldı. Biz onları hamilə qadınlar, uşaqlı qadınlar, yaşlılar, xəstə və əlil insanların köçürülməsi üçün təmin edəcəyik. Sumı şəhərinin hakimiyyət orqanları xalq deputatları ilə birlikdə bütün gecəni nəqliyyat axtarıblar və biz Qızıl Xaç Komitəsinin müşayiəti ilə birinci təşkil edilmiş koloniyanın yola düşmə yeri barədə əlavə olaraq sizə məlumat verəcəyik", - deyə o yazıb.

Qeyd edək ki, martın 8-də Sumı şəhəri üçün Sumi-Qolubovka-Loxvitsa-Lubnı-Poltava marşrutu üzrə humanitar dəhliz açıldı. Mülki əhalinin təxliyəsinin iki dalğası həyata keçirilib. Dünən beş minə yaxın insanın təhlükəsiz təxliyyə edildiyi bildirilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »