Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyadan uran almağı dayandırmır
ABŞ Rusiyadan uran almağı dayandırmır

ABŞ-ın Rusiya yanacağına embarqosu uranın idxalına qadağa qoymur, çünki onun tədarükü ABŞ atom elektrik stansiyaları üçün vacibdir.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən "Reuters" məlumat yayıb.

ABŞ-a daxil olan uranın təxminən yarısı Rusiya, Qazaxıstan və Özbəkistandan gəlir.

Hələlik ABŞ uran istehsal etmir, baxmayaraq ki, bir neçə şirkət agentliyə uzunmüddətli tədarük müqavilələri bağlanacağı təqdirdə yerli istehsalı bərpa etmək istədiklərini bildirib.

Bir gün əvvəl ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq bütün Rusiya neft və qazının idxalına tam qadağa qoyulduğunu açıqlamışdı. Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, 2021-ci ildə ABŞ Rusiyadan ayda orta hesabla 20,4 milyon barel neft və neft məhsulları idxal edib ki, bu da ABŞ-ın maye yanacaq idxalının təxminən 8%-ni təşkil edir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »