Pentaqon Varşavanın təklifi ilə “Patriot” zenit-raket komplekslərini Polşaya ötürmək niyyətindədir.
Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının nümayəndəsi Adam Miller bildirib.
O qeyd edib ki, “iki Patriot batareyasının Polşaya verilməsi” planlaşdırılır. ABŞ hərbi departamenti hesab edir ki, bu addım “ABŞ, müttəfiq qüvvələr və NATO ərazisi üçün hər hansı potensial təhlükənin qarşısını almağa” imkan verəcək.
"Bu, 5-ci maddəyə sadiqliyimizi vurğulayan və heç bir hücum əməliyyatını dəstəkləməyən təhlükələrdən qorunma tədbiridir", - deyə Miller bildirib.
Qeyd edək ki, 1949-cu ildə Vaşinqtonda imzalanmış Şimali Atlantika Müqavilənin 5-ci maddəsi NATO üzvü olan bir və ya bir neçə ölkəyə qarşı silahlı hücum halında kollektiv cavab tədbirlərini nəzərdə tutur.
Qadir, Bizimyol.info