Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşlarla görüşəcək
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşlarla görüşəcək

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 10-u saat 10:00-da qurumun "Mərkəzi Aran" RETSİ-nin Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən inzibati binasında Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Yevlax EŞ-nə və Mingəçevir EŞ-nə, həmçinin "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »