Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qalib gəlməyimiz üçün heç bir variant qalmayıb” – Rusiya kəşfiyyatının hesabatı sızdırılıb
“Qalib gəlməyimiz üçün heç bir variant qalmayıb” – Rusiya kəşfiyyatının hesabatı sızdırılıb

Ukraynadakı hadisələrlə bağlı “FSB” (Rusiya Federal Təhlükəsizlik Xidməti) heyətinin rəhbərliyə hesabatı ələ keçirilib.

Hesabatda bildirilir ki, Rusiya Ukraynaya qalib gələ bilmir və Kremlin uğursuzluğuna görə casus şəbəkəsi ittiham olunur.

Hesabatı Rusiyanın insan haqları üzrə monitorinq təşkilatı olan “Qulagu” yayıb. Təşkilat bildirib ki, hesabatın orijinal olduğunu hazırda FSB-də işləyən “əlaqəli” şəxslərlə və keçmiş FSB əməkdaşları ilə dəqiqləşdiriblər. Onların hamısı bu hesabatın FSB-də hazırlandığına şübhə etmədiklərini bildiriblər. Bu barədə Böyük Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Hesabat Xarkov ətrafında Rusiyanın önəmli generallarından olan Valeri Gerasimovun Ukrayna tərəfindən xüsusi əməliyyatla öldürülməsindən sonra hazırlanıb. Bu, Ukrayna hərbi kəşfiyyatı tərəfindən öldürülmüş ikinci generaldır. Hər iki general Rusiya üçün haradasa əvəzolunmaz sayılırdı.

Sənəddə müəlliflər ikinci önəmli generalın öldürüldüyünü təsdiqləyir və düşdükləri vəziyyəti lənətləyirlər.

Gerasimov Rusiyanın 41-ci ordu komandanının birinci müavini olub. O, ikinci Çeçenistan müharibəsində, Rusiyanın Suriyadakı hərbi əməliyyatında və Krımın ilhaqında iştirak edib və medallar qazanıb.

Ötən həftə isə Mərkəzi Hərbi Dairənin 41-ci Birləşmiş Silahlı Qüvvələri komandirinin müavini, general-mayor Andrey Suxovetski öldürlmüşdü.

Rəhbərliyə hesabat ünvanlayan heyət Rusiyanın bu miqyasda döyüşə və ardınca gələn sanksiyalara hazır olmadığını bildirib.

“Heç kim belə bir müharibənin olacağını bilmirdi, ona görə də heç kim bu cür sanksiyalara hazırlaşmırdı. Artıq bizim qalib gəlməyimiz üçün heç bir variant qalmayıb. Bizə tapşırıblar ki, kəşfiyyat hesabatlarını ölkə rəhbərliyini razı salan formada hazırlayaq. Bizi hesabatları rəhbərliyin tələblərinə uyğunlaşdırmaq üçün getdikcə daha çox sıxışdırırlar – bir dəfə bu mövzuya toxunmuşduq. Bütün bu siyasi məsləhətçilər, siyasətçilər və onların müttəfiqləri kəşfiyyat komandalarına təsir edir – xaos yaranır...

İndi Zelenski öldürülsə də, əsir düşsə də, heç nə dəyişməyəcək. İndi hətta bizə sadiq olanlar da bizim əleyhimizədir. Çünki bu, yuxarıdan gizli planlaşdırılıb, bizə deyirdilər ki, Rusiyaya hücum olmayınca heç bir yerə hücum etməyəcəyik. Hətta Ukraynanın kiçik müqaviməti halında bizə təchizat və logistika işçilərindən əlavə 500 minlik canlı qüvvə lazım idi”.

Müəlliflər daha sonra ölkələrinin daha böyük müharibəyə doğru sürükləndiyi barədə xəbərdarlıq edib: “İndi istisna etmirəm ki, biz 1939-cu ildə Hitler kimi əsl beynəlxalq münaqişəyə cəlb ediləcəyik. Və sonra bizim Z simvolumuz faşistlərin simvolu ilə müqayisə olunacaq”.

Hesabatda Putinin Qərbə nüvə zərbəsi hədələri də müzakirə edilib. Onlar bildiriblər ki, Putin heç bir halda Qərb əleyhinə nüvə silahından istifadə etməyəcək: “Amma lokal nüvə zərbəsi ehtimalı varmı? Bəli. Bu, hərbi məqsədlər üçün deyil (heç bir nəticə verməyəcək), başqalarını qorxutmaq məqsədi ilə ediləcək”.

Burada məktub müəllifləri Ukraynaya qarşı kiçik nüvə zərbəsindən danışırlar. Məktubda deyilir ki, Rusiyanın xarici kəşfiyyat xidməti belə bir zərbəyə haqq qazandırmaq üçün Ukraynanın gizli şəkildə nüvə silahı yaratdığını sübut etmək məqsədilə “eşələnir”: “V.V.Putinin bütün dünyanı məhv etmək üçün qırmızı düyməyə basacağına inanmırıq”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »