Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peyvənd olunanların sayı açıqlanıb
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 815 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Bizimyol.info"ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 931, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 150, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13 718, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 016 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 176 571, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 796 474, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 855 788, pozitiv nəticədən sonra buster doza olunanların sayı 214 606 təşkil edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »