Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna XİN diplomatik missiyaların binasını dağıtdığı üçün Rusiyadan şikayət edəcək
Ukrayna XİN diplomatik missiyaların binasını dağıtdığı üçün Rusiyadan şikayət edəcək

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiya hərbçilərinin Yunanıstan, Sloveniya, Azərbaycan və Albaniyanın ölkədəki diplomatik missiyalarının yerləşdiyi binaları atəşə tutmasını kəskin şəkildə qınayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Rusiya ordusunun raket-bomba zərbələri nəticəsində Yunanıstanın Baş Konsulluğunun və ATƏT-in Xüsusi monitorinq missiyasının Mariupolda, eləcə də Sloveniya, Azərbaycan və Albaniyanın Xarkovda yerləşən fəxri konsulluqlarının binaları dağılıb”, - bəyanatda vurğulanıb.

Nazirlik qeyd edib ki, Rusiyanın diplomatik missiyaların binalarlna silahlı hücumu diplomatik və konsulluq əlaqəsi haqqında Vyana konvensiyasının, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Rusiyanın Ukraynada mülki obyektləri barbarcasına atəşə tutuması nəticəsində mülki şəxslərin ölməsi və yaralanmasını, uşaqların ölməsini mühakimə etməyə çağırıb. Qurum Ukraynadakı xarici diplomatik müəssisələri yerləşdikləri binaların dağıtması ilə bağlı Rusiyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün beynəlxalq məhkəməyə şikayət edəcəyini vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »